SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Rəşad Tağıyevin “karusel” direktoru Yaqut Məmmədova

5-06-2019, 13:38 | Oxunub: 11 269 |

Rəşad Tağıyevin “karusel” direktoru Yaqut Məmmədova


“Karusel” məktəb direktoru Yaqut Məmmədova

Emtv.az xəbər verir ki,bu gün kütləvi informasiya vasitələrində, saytlarda təhsil sistemi, məktəblər, müəllimlər barəsində xeyli informasiya yayıldı.

Bakının Xəzər rayonunun 230 saylı məktəbinin keçmiş direktoru Elşən Qafarov Bakı şəhəri Təhsil İdarəsinin müdiri Rəşad Tağıyevin dəyəri milyonlarla olan villaları barədə sosial şəbəkədə informasiya paylaşdı.
Doğrudan da haqlı suallar doğur: orta səviyyəli təhsil işçisində bu milyonlar haradandır ?


Əlbəttə bizim işimiz kiminsə milyonlarını saymaq deyil. Amma bu pulların mənbəyi nədir ?

Yeri gəlmişkən, ölkə başçısı İlham Əliyev cənabları bu gün cinayət yolu ilə əldə edilmiş pul vəsaitləri ilə bağlı sərəncam imzaladı.

Ən maraqlısı odur ki, paytaxtın təhsil idarəsinin müdirinə qarşı informasiyanı hansısa reket qəzet, müxalifətçi, yaxud Avropadakı Orduxanlar deyil, öz keçmiş həmkarı, sabiq məktəb direktoru yayır. Buna nə deyirsiniz, cənablar ?

Bu gün təhsil nazirinin müavini Firudin Qurbanov Təhsil Nazirliyinin media nümayəndələri üçün keçirdiyi təlimdə deyib ki, bəzi müəllimlərin psixoloji problemi var.

Bu boyda dövlət adamı başa düşmür ki, təkcə müəllimlərin deyil, bütövlükdə cəmiyyətimizin psixoloji problemləri var.

Yeri gəlmişkən bəzi kəmsavadlar yazır ki, hər sahədə rüşvət və korrupsiya olsa da təhsil və ordu məsələsində rüşvət olmamalıdır.

Bu alimi-danalar başa düşmür ki, cəmiyyət ruslar demişkən “odnorodnı”-yekcinsdir. Onun bir tərəfi gülüstan, o biri tərəfi zir-zibil ola bilmzə. Bu məntiqsiz söhbətdir.

Sözün qısası təhsilə, məktəbə, müəllimlərə qarşı qərəzli, bəzən əsassız hücumlar var. Amma təhsil sistemində çalışanlar da buna əsas verməməlidir.

Məsələn, az müddət əvvəl 162 saylı orta məktəbdə Elinanın intihar etməsi bütün ölkəni silkələdi. Məktəb direktoru hazırda ev dustağıdır. Məktəb isə “başsız atlı” kimidir. Niyə “başsız”?

Rəsmi məlumata görə qalmaqallı məktəbə direktor vəzifəsini icra etmək Yaqut Məmmədova həvalə olunub.
Təsəvvür edirsiniz o cür problemli məktəbə Təhsil Nazirliyi direktor tapa bilmir. Və uzun illər müxtəlif məktəblərdə direktor deyil, direktor vəzifəsini icra edən bir əməkdaşını 162 saylı məktəbə “i.o- ruslar demişkən. Ispol.obyaz.direktor” təyin edir.


Görəsən “çamadan əhvallı” xanım direktor bu boyda problemli məktəbdə hansı ciddi addımlar ata bilər?

Yeri gəlmişkən, nuh.az-ın araşdırması zamanı məlum oldu ki, Yaqut Məmmədova son 4-5 ildə bir neçə məktəbdə direktor deyil, “direktor əvəzi” olub.

O, bundan əvvəl də Bakı şəhəri 20 nömrəli orta məktəbin müvəqqəti direktor vəzifəsini icra edib.
Yaqut Məmmədova Buzovnadakı 26 saylı orta məktəbdə də az müddət direktor əvəzi olub. Sonra Binədəki 136 saylı orta məktəbdə də direktor əvəzi işləyib. Və işlədiyi bütün məktəblərdə nəinki neqativ hallar, hətta qalmaqallar olub. Məsələn Binə məktəbində şagirdlərin bir-birini blçaqlaması barədə bütün ölkə mediası xəbər yaydı. Nəticə nə oldu ?

Təhsil nazirliyi direktor əvəzi xanımı karusel kimi bir məktəbdən digərinə əvəzedici göndərir.

Bu işdə hazırda Bakı təhsilinə rəhbərlik edən Rəşad Tağıyevin rolu əvəzssizdir. Bu barədə növbəti yazıda.


Sevinc Əlimova
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR