SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

Ukraynanın keçmiş baş naziri ailəsi ilə birgə ölkəni təcili tərk edib

4-06-2019, 14:22 | Oxunub: 4 588 |

Ukraynanın keçmiş baş naziri ailəsi ilə birgə ölkəni təcili tərk edib

Ukraynanın keçmiş baş naziri Arseni Yasenyuk və onun ailəsi - iki qızı, bacısı, valideynləri təcili şəkildə Ukraynanı tərk ediblər. Bu barədə Elise Journal məlumat yayıb.

Emtv.az yerli KİV-ə istinadən xəbər verir ki,jurnalın məlumatına görə, Yasenyukun qohumları artıq ABŞ vətəndaşlığı alıblar.Yasenyukun xanımı Vanuatu vətəndaşı pasportuna malikdir. Həmçinin, siyasətçinin özünün də Sakit okeanda yerləşən bu ada dövlətin vətəndaşlığını alması istisna edilmir.

Jurnalın məlumatına görə, Yasenyuk özü barədə bütün informasiyanı gizli saxlayır, buna səbəb onun korrupsiya cinayətkarlığından yaxa qurtarmaq istəyidir.

Elise Journal-ın əməkdaşları Yasenyukun ikili vətəndaşlığını araşdırmaq üçün Ukraynanın Miqrasiya və Təhüllükəsizlik xidmətlərinə müraciət ediblər.


Seymur Rəhimov
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR