SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

QUBA SAKİNLƏRİ QORXU İÇİNDƏ: - FACİƏNİN BİR ADDIMLIĞINDAYIQ

4-06-2019, 10:41 | Oxunub: 10 018 |

QUBA SAKİNLƏRİ QORXU İÇİNDƏ: - FACİƏNİN BİR ADDIMLIĞINDAYIQ

Quba rayonunun Digah kənd sakinləri gecə-gündüz qorxu içindədirlər. Buna səbəb elektrik dirəklərinin və naqillərinin yararsız vəziyyətdə olmasıdır. Emtv.az xəbər verir ki,bu barədə Sputnik Azərbaycan-ın bölgə müxbirinə kənd sakinləri məlumat veriblər. Kənd sakini Aqil Ağasiyev onları gözləyən təhlükədən danışıb: "25 il əvvəl ata evimdən ayrılıb, burada ev tikdim. Yeni evimə elektrik xəttinin çəkilməsi üçün aidiyyatı quruma müraciət etdim. Onlar isə elektrik naqillərini dirəklərə yox yaxınlıqdakı ağaclara bərkidərək evimə elektrik xətti çəkdilər. O gündən də problemlər başladı. Küləkli və yağışlı havada həyatımız təhlükədə olur. Tez-tez naqillər qırılır və bu da uşaqlarımızın həyatı üçün təhlükəlidir".

Onun sözlərinə görə, təxminən iki il öncə kimsəsiz bir uşaq belə bədbəxt hadisənin qurbanı olub. O, bilmədən qırılmış naqilə toxunub və həyatını itirib. Ağasıyev deyir ki, bu problem təkcə onun evi ilə bağlı deyil, kəndin bir neçə küçəsinin elektrik naqilləri bu vəziyyətdədir.

Kənd sakini qeyd edib ki, elektrik dirəklərinin olmaması, naqillərin yer səviyyəsinə çox yaxın olması, həyati təhlükə ilə yanaşı digər problemlər də yaradır. Bu problemlərdən biri də yay mövsümündə ot bağlamalarının daşınmasında olur. Elektrik naqillərinin yer səviyyəsinə çox yaxın olması yük maşınları vasitəsilə hər hansı yükün daşınmasına imkan vermir. Kəndlilər aidiyyatı qurumlara müraciət etsələr də, heç bir müsbət cavab almayıblar.

"Necə olur ki, hər ay elektrik istifadəsinə görə bizdən pul tələb edirlər, ödənişi gecikdirəndə evlərimizi işıqsız qoyurlar, amma bu problemləri görməzdən gəlirlər. Mütləq bədbəxt hadisələr təkrar-təkrara baş verməlidir ki, axırda bu problemi həll eləsinlər?! Tezliklə cavabdeh şəxslərin kənddə növbəti faciəvi hadisə baş vermədən problemi həll edəcəklərinə ümid edirik" - deyə Ağasıyev bildirib.

Digər kənd sakini Nofəl Əmirbəyov da elektrik dirəklərinin və naqillərinin yaratdığı təhlükədən danışıb: "XXI əsr olmasına baxmayaraq, biz hələ də elektrik problemi yaşayırıq. Qış aylarında tez-tez elektrik naqillərinin qırılması nəticəsinədə kəndin bir çox evi işıqsız qalır. Qapımıza hər hansısa bir yükü gətirə bilmirik. Çünki naqillər o qədər aşağıdan çəkilib ki, heç bir yük maşını keçə bilmir. Kənddə olan transformator yerdən qoyulub. Onun yaxınlığından keçən istənilən heyvan, yaxud azyaşlı uşaq ona toxunsa, bu faciə ilə nəticələnəcək. Bu yaxınlarda azyaşlı uşaq transformatordakı naqillərə toxunmaq istəyəndə, ondan yaşca böyük olan digər uşaq onu oradan uzaqlaşdırıb. İndi təsəvvür edin, o uşaq orada olmasaydı, azyaşlı bədbəxt hadisənin qurbanı olacaqdı. Öz adımdan, kənd sakinlərinin adından xahiş edirəm, aidiyyatı qurum bu problemi həll etsin”.

Digər kənd sakinləri də bu vəziyyətdən narahat olduqlarını, hər gün hansısa bədbəxt hadisənin baş verəcəyindən qorxduqlarını bildiriblər.

Məsələ ilə bağlı “Azərişıq” ASC-nin Mətbuat xidmətinin rəhbəri Tnrıverdi Mustafayevlə əlaqə saxladıq. O, bu kənddəki vəziyyətdən xəbərsiz olduqlarını və tezliklə məsələnin həllini tapmasına köməklik göstərəcəklərini bildirdi.
Quba sakinləri qorxu içində: - Faciənin bir addımlığındayıq



Sevinc Əlimova
Emtv.az



QUBA SAKİNLƏRİ QORXU İÇİNDƏ: - FACİƏNİN BİR ADDIMLIĞINDAYIQ

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR