SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Çin hökuməti qara siyahı yaratdığını elan etdi

4-06-2019, 09:45 | Oxunub: 7 438 |

Çin hökuməti qara siyahı yaratdığını elan etdi

Çinin ticarət nazirliyi "etibarsız təşkilatlar" siyahısının yaradıldığını elan edib. Həmin siyahıya xarici şirkətlər əlavə ediləcək və onların yerli şirkətlərlə əməkdaşlıqları məhdudlaşdırılacaq.

Emtv.az xarici KİV-ə istinadən bildirir ki, hətta bəzilərinin ümumiyyətli Çin bazarındakı fəaliyyətinə qadağa qoyulacaq. Başqa sözlə desək, bu, ABŞ hökumətinin yaratdığı qara siyahının analoqudur. Bu barədə Techcrunch saytına istinadən 4pda saytı xəbər verib.

""Etibarsız təşkilatlar" siyahısına bazar qaydalarına riayət etməyən, Çin müəssisələrinə qeyri-kommersiya təchizatını reallaşdırmağı məhdudlaşdıran və Çin müəssisələrinin maraqları ilə qanuni hüquqlarına zərər verən xarici təşkilatlar, müəssisələr və ayrıca şəxslər əlavə olunacaqlar" - deyə Çinin ticarət nazirliyinin təmsilçisi bildirib. Çinin ticarət nazirliyi özünün qara siyahısına hansı şirkətlərin əlavə olunacağı və bu prosesin necə baş verəcəyi barəsində bir məlumat verməyib.

Açıq aşkar görünür ki, bu, ABŞ hökumətinin Huawei ilə digər yüzlərlə Çin şirkətinə qarşı tətbiq etdiyi sanksiyalara olan cavabıdır. Qeyd etmək lazımdır ki, bir neçə müddət bundan öncə ABŞ prezidenti Donald Trump-ın Ağ Evdəki çıxışı zamanı o bildirmişdi ki, ABŞ ilə Çin arasında ola biləcək ticarət razılaşmasına Huawei şirkəti də əlavə oluna bilər. Razılaşmanın əldə olunacağı təqdirdə şirkət ABŞ bazarındakı fəaliyyətini davam etdirə bilər. Lakin Huawei şirkəti siyasətçilərin bu işi həll etmələrini gözləmədən artıq ABŞ məhkəməsinə müraciət edib.


Sevinc Əlimova
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR