SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

Neymar təcavüzdə ittiham olunur

3-06-2019, 10:48 | Oxunub: 5 288 |

Neymar təcavüzdə ittiham olunur

PSJ-nin braziliyalı futbolçusu Neymar bir qadına təcavüz etməkdə günahlandırılır.

Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, adının açıqlanmasını istəməyən qadın, 27 yaşlı futbolçu tərəfindən təcavüzə uğradığını deyib.

Braziliyada yaşayan qadın, Neymarla "instagram"da tanış olduğunu və futbolçunun dəvəti ilə Parisə getdiyini deyib. Neymarla oteldə görüşdüyünü deyən qadın, futbolçunun sərxoş olduğunu və ona təcavüz etdiyini bildirib.

Qadın, hadisədən bir neçə gün sonra vətəninə qayıtdığını və təhlükəsizliyini qorumaq üçün bir müddət bu haqda danışmadığını deyib.

Neymar PSJ-nin Fransa kubokunun finalında "Renn"ə məğlub olduğu oyundan sonra onu tənqid edən azarkeşi yumruqla vurmaqla da diqqət mərkəzinə düşmüşdü.

Mərhəmət Lələyev
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR