SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Nazirlik: Sosial xidmət mərkəzlərinin sayı artırılacaq

1-06-2019, 16:59 | Oxunub: 11 782 |

Nazirlik: Sosial xidmət mərkəzlərinin sayı artırılacaq

Günərzi qayğı və sosial reabilitasiya, psixoloji, surdoloji xidmətlər və s. üzrə mərkəzlərin sayı xeyli artırılacaq, ayrı-ayrı qruplar üçün günərzi və reabilitasiya yönümlü yeni mərkəzlər də yaradılacaq.

Emtv.az Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin-ə istinadən xəbər verir ki, 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı "Xüsusi qayğıya ehtiyacı olan uşaqlara və digər şəxslərə göstərilən sosial xidmətlərin genişləndirilməsi üçün əlavə tədbirlər haqqında" 1 iyun 2019-cu il tarixli Sərəncam qeyd olunan kateqoriyadan olan uşaqlara, həmçinin reabilitasiya yönümlü sosial xidmətlərə ehtiyac duyan digər qruplara dövlət başçısının xüsusi qayğısının növbəti təzahürüdür.

Ölkəmizdə sosial xidmətlər sisteminin güclənməsinə və əhatə dairəsinin genişlənməsinə şərait yaradan bu Sərəncam həmçinin ayrı-ayrı əhali qruplarının da ehtiyaclarına uyğun sosial xidmətlərdən faydalanmaları üçün yeni mərkəzlərin yaradılmasına imkan verir.

Sağlamlıq imkanları məhdud olan, xüsusi qayğıya ehtiyac duyan uşaqların, əlilliyi olan şəxslərin sosial təminatı, çətin həyat şəraitində olan şəxslərin və ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsi, baxımsız uşaqların sosial adaptasiyası və s. ölkəmizdə uğurla həyata keçirilən sosial müdafiə siyasətinin prioritet istiqamətlərini təşkil edir. Bu siyasətə uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən xüsusi qayğıya ehtiyacı olan uşaqların və qeyd olunan digər şəxslərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində çoxsaylı tədbirlər həyata keçirilir. Nazirliyin sosial sifarişləri əsasında ölkəmizin şəhər və rayonlarında 28 günərzi qayğı mərkəzi, 22 icma əsaslı sosial reabilitasiya mərkəzi, autizm və daun sindromlu uşaqlar üçün psixoloji yardım mərkəzi, eşitmə və nitq qabiliyyəti zəif olan sağlamlıq imkanları məhdud uşaqlar üçün 2 reabilitasiya və surdoloji xidmətlər mərkəzi, görmə imkanları məhdud uşaqlar üçün sosial reabilitasiya mərkəzi fəaliyyət göstərir.

Prezident cənab İlham Əliyevin imzaladığı yeni Sərəncamla "Sosial xidmət haqqında" Qanuna uyğun olaraq, xüsusi qayğıya ehtiyacı olan uşaqlara və digər şəxslərə göstərilən sosial xidmətlərin (günərzi, sosial reabilitasiya, psixoloji, surdoloji və digər dəstək xidmətləri) genişləndirilməsi məqsədilə Azərbaycan Respublikasının 2019-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan 5 (beş) milyon manat ayrılması tapşırılır.

Bu isə cari ildə günərzi qayğı mərkəzlərinin sayının 58-ə, icma əsaslı sosial reabilitasiya mərkəzlərinin sayının 58-ə çatdırılmasına imkan verir. Həmçinin Sərəncam autizm və daun sindromlu uşaqlar üçün psixoloji yardım mərkəzlərinin sayının 15-ə, məişət zorakılığından zərər çəkmiş şəxslərə yardım mərkəzlərinin sayının 15-ə, eşitmə və nitq qabiliyyəti zəif olan sağlamlıq imkanları məhdud uşaqlar üçün reabilitasiya və surdoloji xidmətlər mərkəzlərinin sayının 10-a çatdırılmasına şərait yaradır.

Sərəncamın yaratdığı imkanlar nəticəsində, eyni zamanda, görmə imkanları məhdud uşaqlar üçün sosial reabilitasiya mərkəzlərinin sayı 3-ə, sağlamlıq imkanları məhdud uşaqlarla davranış üzrə valideynlərə dəstək göstərilməsi mərkəzlərinin sayı 10-a çatdırılacaq.

Digər tərəfdən, dövlət başçısının yeni Sərəncamı ahıllar üçün də 5 günərzi mərkəzin, əlilliyi olan şəxslərə 10 peşə-sosial reabilitasiya mərkəzinin, insan alveri qurbanları üçün 3 reabilitasiya mərkəzinin yaradılmasına imkan verir. Eləcə də, Sərəncam sağlamlıq imkanları məhdud uşaqların asudə vaxtının təşkili və sosial reabilitasiyası tədbirlərinin gücləndirilməsinə, bu tədbirlərinin əhatə dairəsinin genişləndirilməsinə şərait yaradır.

"Xüsusi qayğıya ehtiyacı olan uşaqlara və digər şəxslərə göstərilən sosial xidmətlərin genişləndirilməsi üçün əlavə tədbirlər haqqında" Sərəncam bir daha göstərir ki, xüsusi qayğıya ehtiyac duyan uşaqlara, ümumən reabilitasiya yönümlü sosial xidmətlərə ehtiyacı olan vətəndaşlara qayğının ildən-ilə artırılması, onların sosial müdafiəsi və qeyd olunan xidmətlərlə təminatının gücləndirilməsi Prezident cənab İlham Əliyevin uğurlu sosial siyasətinin başlıca istiqamətlərindən birini təşkil edir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Sərəncamın məqsədinə uyğun olaraq, xüsusi qayğıya ehtiyacı olan uşaqlar və digər şəxslər üçün sosial xidmətlərin əhatə dairəsinin genişləndirilməsi, bu sahədə müvafiq işlərin yüksək səviyyədə yerinə yetirilməsi təmin ediləcəkdir.


Seymur Rəhimov
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR