SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Naxçıvan Muxtar Respublikasında dövlət uşaq siyasəti uğurla həyata keçirilir FOTO

1-06-2019, 16:47 | Oxunub: 12 940 |

Naxçıvan Muxtar Respublikasında dövlət uşaq siyasəti uğurla həyata keçirilir FOTO

Dünyanın əksər ölkələrində hər il iyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi qeyd olunur.

Emtv.az yerli mətbuata istinadən xəbər verir ki,ölkəmizdə uşaqlara qayğının dövlət siyasətinin əsas istiqaməti kimi müəyyənləşdirilməsi ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Liderimiz ölkəmizə rəhbərliyinin bütün dövrlərində uşaqların təhsilinə, dünya görüşlərinin zənginləşdirilməsinə və sağlamlıqlarının qorunmasına xüsusi diqqət yetirmişdir. Ulu Öndərin əsasını qoyduğu dövlət-uşaq siyasəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Uşaqların sağlam böyüməsi, yüksək səviyyədə təhsil alması, layiqli vətəndaş kimi formalaşması, asudə vaxtlarının səmərəli təşkil olunması diqqət mərkəzində saxlanılır.

Muxtar respublikada uşaqlara hərtərəfli diqqət və qayğı göstərilir.

Muxtar respublikada da uşaqlara hərtərəfli diqqət və qayğı göstərilir, onların təhsili, sağlamlıqlarının qorunması, istedadlarının üzə çıxarılması, intellektual və mənəvi inkişafı, asudə vaxtının və tərbiyəsinin düzgün təşkili, cəmiyyətin ictimai-mədəni həyatındakı iştiraklarını təmin etmək məqsədilə mühüm tədbirlər həyata keçirilir. Bu gün muxtar respublika əhalisinin 35 faizi və ya 163 min 281 nəfəri uşaqlardır. Uşaqların sosial ehtiyaclarının hərtərəfli təmini, onların yüksək mənəvi mühitdə, milli dəyərlər əsasında tərbiyəsi, təhsil alaraq layiqli şəxsiyyət kimi yetişməsi diqqət mərkəzində saxlanılır.

2018-2019-cu tədris ilində muxtar respublikanın ümumtəhsil məktəblərində 49 min 224 şagird təhsil alır. Yaradılan şəraitin nəticəsidir ki, ötən il ümumtəhsil məktəblərini bitirmiş şagirdlərdən 1781-i ali təhsil müəssisələrinə, 615-i orta ixtisas təhsili müəssisələrinə, Heydər Əliyev adına Hərbi Liseyin məzunlarından 208 nəfəri isə müxtəlif ali hərbi məktəblərə daxil olub, ali məktəblərə qəbul olunan 331 nəfər 500-700 arası bal toplayıb. Bu gün uşaqların peşə təhsilinə cəlbi də qarşıda duran əsas vəzifələrdəndir. 2018-2019-cu tədris ilində 320-dən çox uşaq maraqlarına uyğun peşə və ixtisaslara yönləndirilib.

Uşaqların fiziki cəhətdən sağlam böyüməsi də diqqətdə saxlanılır

Muxtar respublikada müasir standartlara uyğun Olimpiya İdman kompleksləri, üzgüçülük və şahmat mərkəzləri, uşaq-gənclər şahmat və uşaq-gənclər idman məktəbləri, stadionlar, peyntbol meydançası, ümumtəhsil məktəblərində müasir idman zalları istifadəyə verilib. Yaradılan şəraitin nəticəsidir ki, hazırda muxtar respublikada 28 minə yaxın uşaq idmanla məşğul olur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında gənc istedadlara dövlət qayğısının artırılması haqqında” 2012-ci il 31 yanvar tarixli Fərmanına uyğun olaraq Gənc istedadların “Qızıl kitabı”nın yaradılması, 8 istedadlı uşağın adının bu kitaba salınması və onlara xüsusi təqaüdlərin verilməsi istedadlı uşaqlara göstərilən qayğının daha bir ifadəsidir.

Uşaqların sağlamlıqlarının qorunması ilə bağlı həyata keçirilən tədbirlərin nəticəsi olaraq uşaq tibb müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması, müasir avadanlıqlarla təchiz edilməsi, yeni texnologiyaların tətbiqi, tibbi kadrların peşə səviyyəsinin artırılması və əhali arasında geniş maarifləndirmə işinin aparılması istiqamətlərində mühüm addımlar atılıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 9 oktyabr tarixli Sərəncamı ilə təsdiq olunmuş “Naxçıvan Muxtar Respublikasında uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın qəbul olunması bu sahədə atılan mühüm addımlardan biridir.

“Naxçıvan Muxtar Respublikasında uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankının təşkili və aparılması Qaydası”na uyğun olaraq, Naxçıvan Muxtar Respublikasında uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankı təşkil edilib, indiyədək 27 mindən çox uşaq haqqında fərdi məlumatlar banka daxil olunub. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar da hər zaman diqqət mərkəzində saxlanılır, onlara qayğı ilə yanaşılır. Bu təbəqədən, eləcə də qaçqın və məcburi köçkün, sağlamlıq imkanları məhdud, şəhid və aztəminatlı ailələrdən olan 751 uşağa bayram günlərində və tədbirlərdə hədiyyə və sovqatlar verilib, xüsusi kateqoriyaya aid 394 uşaq məktəbli paltarı, dərs ləvazimatları və qış geyimi ilə təmin edilib.

Sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyası, onların təhsili və reabilitasiyası təmin olunur

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın icrası daim nəzarətdə saxlanılır, müvafiq uşaqlar məktəbəqədər, ümumtəhsil, peşə və məktəbdənkənar təhsil müəssisələrinə cəlb edilir. Ötən il sağlamlıq imkanları məhdud 830 uşağın valideynləri ilə əlaqə saxlanılıb, onlardan 85-i məktəb, məktəbəqədər, məktəbdənkənar və müalicə reabilitasiya müəssisələrinə, cari ilin ötən dövründə isə sağlamlıq imkanı məhdud 16 uşaq müxtəlif təhsil müəssisələrinə cəlb olunub. Hazırda ümumtəhsil məktəblərində müvafiq kateqoriyadan olan 1002, Gözdən Əlil Uşaqlar üçün Xüsusi İbtidai Məktəbdə 8, Distant Tədris Mərkəzində 24 uşaq təhsil alır. Həmçinin Naxçıvan Şəhər Körpələr Evi və Ailələrə Dəstək Mərkəzində 10 uşağa valideynlərinə dəstək məqsədilə qulluq edilir.

2018-2019-cu tədris ilinin əvvəlində məktəb yaşı çatan sağlamlıq imkanları məhdud uşaqların sayı 108 nəfər olub ki, onların da 68-i ümumtəhsil müəssisələrinin birinci siniflərinə, 1-i distant tədrisin birinci sinfinə, 1-i isə Gözdən Əlil Uşaqlar üçün Xüsusi İbtidai Məktəbə cəlb edilib. Bundan əlavə, 56 uşaq şahmat məktəblərinə, 110 uşaq məktəbdənkənar müəssisələrin dərnəklərinə, 90 uşaq isə idman məktəblərinə yazılıb. Eyni zamanda, Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən muxtar respublikamızda qeydiyyatda olan sağlamlıq imkanları məhdud uşaqların xəstəlikləri üzrə təhlillər aparılır, muxtar respublikanın rayon və kənd mərkəzlərində belə xəstəliklərin qarşısının alınması ilə əlaqədar qadınlar arasında maarifləndirici tədbirlər həyata keçirilir.

Sağlamlıq imkanları məhdud uşaqlar arasında müxtəlif yarış və müsabiqələrin keçirilməsi onların asudə vaxtlarının səmərəli təşkili ilə yanaşı, istedadlarının üzə çıxarılması, əqli və fiziki inkişafı baxımından da mühüm əhəmiyyət kəsb edir. Həmin kateqoriyadan olan uşaqların tarixi abidələrə, muzeylərə, istehsal və emal müəssisələrinə ekskursiyaları təşkil edilir, onlar arasında əyləncəli idman oyunları, yarışlar və müsabiqələr keçirilir. Həmçinin film, konsert proqramları və tamaşalar nümayiş olunur, rəsm və əl işlərindən ibarət sərgilər təşkil edilir, Ağbulaq İstirahət Mərkəzində istirahət etmələrinə şərait yaradılır.

Uşaq ədəbiyyatı uşaqların vətənpərvərlik ruhunda böyüməsində, milli dəyərlərimizi mənimsəməsində və dünyagörüşlərinin formalaşmasında əsas vasitələrdəndir. Buna görə də muxtar respublikada müasir ədəbiyyat bazasına malik elektron kitabxanalar istifadəyə verilir, uşaqların asanlıqla qavraya biləcəkləri kitablar nəşr olunur. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin himayəsi ilə “Uşaqlar və Günəş” almanaxı, “Gəncliyimiz-gələcəyimiz”, “Təmsillər”, “Şeir və hekayələr”, “Şeirlər”, “Poema və pyeslər”, “Naxçıvan bəstəkarlarının uşaq mahnıları”, “Sevimli dostlarım kitablar” adlı uşaq kitablarının nəşr olunması uşaqlarda mütaliəyə marağı artırıb.

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Naxçıvan şəhər və rayonlarında tədbirlər keçirilib, 2018-2019-cu tədris ilində fərqlənən uşaqlar fəxri fərman və hədiyyələrlə təltif olunub, xüsusi qayğıya ehtiyacı olan uşaqlara bayram hədiyyələri verilib. Həmçinin aztəminatlı, qaçqın və məcburi köçkün, hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş, sağlamlıq imkanları məhdud uşaqların istirahət guşələrinə, muzeylərə və tarixi abidələrə ekskursiyaları təşkil edilib, hemofiliyalı və talassemiyalı uşaqlar üçün qanvermə aksiyası keçirilib. Komitə tərəfindən görülən işlər bu sahədə davam etdirilən tədbirlərin tərkib hissəsi olmaqla, muxtar respublikada uşaqlara göstərilən qayğının, humanizmin parlaq təcəssümüdür. Sevindirici haldır ki, Naxçıvanda uşaqlara göstərilən diqqət və qayğı nəticəsində muxtar respublikada dövlət uşaq müəssisələrində valideynləri tərəfindən tərk edilmiş, məktəbdən yayınan, cinayət məsuliyyətinə cəlb olunmuş uşaq yoxdur.

Cəmiyyətin ən həssas və kövrək təbəqəsi olan uşaqlarla bağlı qarşıya qoyulan vəzifələr bundan sonra da uğurla yerinə yetiriləcək. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun dediyi kimi: “Uşaqlara qayğı yalnız dövlət qurumlarının yox, hamının mühüm vəzifəsi olmalıdır. Uşaqların xalqımıza xas olan milli dəyərlər ruhunda tərbiyə olunması, təhsilli, vətənpərvər və sağlam yetişmələri bizim hamımızı düşündürməli, cəmiyyətin bütün təbəqələri dövlət uşaq siyasətinin həyata keçirilməsinə öz töhfəsini verməlidir”.


Nəzrin Abbaszadə
Emtv.az



Naxçıvan Muxtar Respublikasında dövlət uşaq siyasəti uğurla həyata keçirilir FOTO
Naxçıvan Muxtar Respublikasında dövlət uşaq siyasəti uğurla həyata keçirilir FOTO
Naxçıvan Muxtar Respublikasında dövlət uşaq siyasəti uğurla həyata keçirilir FOTO
Naxçıvan Muxtar Respublikasında dövlət uşaq siyasəti uğurla həyata keçirilir FOTO
Naxçıvan Muxtar Respublikasında dövlət uşaq siyasəti uğurla həyata keçirilir FOTO

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR