SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Hindistan Respublikasının Azərbaycandakı səfiri “Naxçıvan” Universitetində olub

31-05-2019, 15:44 | Oxunub: 10 311 |

Hindistan Respublikasının Azərbaycandakı səfiri “Naxçıvan” Universitetində olub

Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, Hindistan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vanlalvavna Bavintlunq Naxçıvan Muxtar Respublikasında səfərdə olub. Səfər çərçivəsində qonaq həmçinin “Naxçıvan” Universiteti ilə də tanış olub. Universitetin rektoru, professor İsmayıl Əliyev qonağa universitetin yaranması, fəaliyyəti, mütəxəssis hazırlığı üçün yaradılan şərait barədə məlumat verib. Bildirilib ki, “Naxçıvan” Universiteti 1999-cu ildən ali təhsil müəssisəsi kimi fəaliyyətə başlayıb. Universitet Azərbaycanın paytaxtı Bakı şəhərindən kənarda yerləşən yeganə özəl ali təhsil ocağıdır. Universitetdə 4 fakültə, 10 kafedra, 6 şöbə fəaliyyət göstərir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin qayğısı sayəsində 7 binadan və yardımçı qurğulardan ibarət müasir universitet şəhərciyi salınıb. Təhsil ocağı dünyanın 50-dən artıq universiteti ilə əməkdaşlıq edir.

Hindistan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vanlalvavna Bavintlunq Hindistan universitetləri ilə “Naxçıvan” Universiteti arasında təhsil sahəsindəki əlaqələrin qurulmasının əhəmiyyətini vurğulayıb.

Qonaqlar universitet şəhərciyi ilə də tanış olublar.


Nəzrin Abbaszadə
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR