SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

“Məni nazir özü dəvət edib” - Kuarejma Bakıda - FOTO

31-05-2019, 13:14 | Oxunub: 3 717 |

“Məni nazir özü dəvət edib” - Kuarejma Bakıda - FOTO

Portuqaliya millisinin və "Beşiktaş"ın ulduzu Rikardo Kuarejma Bakıya gəlib.

Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, o, Gənclər və İdman naziri Azad Rəhimovla görüşüb.

Kuarejma öncə Azərbaycana gəlməkdən məmnun olduğunu bildirib: "Bakıya gəlməkdən məmnunam. Burada bu cür qarşılanma gözləmirdim. Həqiqətən, mükəmməldir".

Daha sonra ulduz futbolçu "Beşiktaş"da qalacağını bildirib: ""Beşiktaş"la müqaviləm var. Karyeramı orada bitirmək istəyirəm".

Kuarejma Azərbaycanda oynamaq ehtimalını da dəyərləndirib: "Hər şey mümkündür. Lakin hazırkı vəziyyətdə "Beşiktaş"la müqaviləm var".

O Bakıda keçirilən "Çelsi" - "Arsenal" oyununu izlədiyini də sözlərinə əlavə edib: "Bəli, final matçını izlədim. Hər şey yüksək səviyyədə təşkil edilmişdi".

Futbolçu digər sualları da cavablandırıb:

- Bakıya gəlmə səbəbiniz tam olaraq nədir?

- Azad bəyin (Gənclər və İdman naziri Azad Rəhimobu nəzərdə tutur) təklifi ilə bura gəlmişəm.

- "Fənərbağça" və "Qalatasaray"dan heç təklif aldınızmı?

- Mən satılıq insan deyiləm. Türkiyədə ancaq "Beşiktaş"da oynayaram.


Mərhəmət Lələyev
Emtv.az



“Məni nazir özü dəvət edib” - Kuarejma Bakıda - FOTO
“Məni nazir özü dəvət edib” - Kuarejma Bakıda - FOTO
“Məni nazir özü dəvət edib” - Kuarejma Bakıda - FOTO
“Məni nazir özü dəvət edib” - Kuarejma Bakıda - FOTO
“Məni nazir özü dəvət edib” - Kuarejma Bakıda - FOTO
“Məni nazir özü dəvət edib” - Kuarejma Bakıda - FOTO

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR