SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Xəstə ölümündə adı hallanan həkimlə fotosunu paylaşan Xatirəni "yıxıb-sürüdülər"

30-05-2019, 16:11 | Oxunub: 10 092 |

Xəstə ölümündə adı hallanan həkimlə fotosunu paylaşan Xatirəni "yıxıb-sürüdülər"

Müğənni Xatirə İslam bir neçə ay əvvəl plastik əməliyyatla artıq çəkidən xilas olub.

Emtv.az yerli mətbuata istinadən bildirir ki, sənətçinin əməliyyatını son günlər adı ölüm hadisəsində hallanan plastik-cərrah Sirus Qoçxani edib.

Xatirənin bu gün həkimlə foto yayımlayıb "Mənim gözəl həkimim, sizsiz darıxmışam" yazması izləyicilərini özündən çıxarıb. Onlar müğənninin ünvanına təhqirlər yazıb, onun düzgün addım atmadığını qeyd ediblər. Xatirə ona yazılan "Qəsdən reklam edirsiz bu həkimi? Ölən sənin əzizin olsaydı, belə edərdin? Sizi vicdanlı biri bilirdim, niyə belə edirsiz?Ölən həkimin oğlu və qızının bu paylaşımı görəndə içindən keçəcək hisləri düşünün" kimi şərhlər qarşısında sakit durmayıb. İfaçı da yazılanların bir neçəsinə təhqirlə cavab verib.

Müğənniyə şərh yazanlar arasında tanınmış stilist Anar Malik də yer alıb. O, fotoya "Doktor killer" qısa şərhini qeyd edərək, gülüş işarəsi qoyub.

Qeyd edək ki, iki gün əvvəl Sirus Qoçxani tərəfindən əməliyyat olunan zaman vəfat edən şəxs həkim-ginekoloq Sona Gürgün Vəliyeva olub. Elmi-Tədqiqat Ağciyər İnstitutunda işləyən ginekoloq Cəmil Gürgün adlı Türkiyə vətəndaşı ilə evli imiş. Xanımının əməliyyatdan sonra dünyasını dəyişdiyi xəbərini alan həyat yoldaşı C.Gürgün infarkt keçirib. Sirus Qoçxani "Baku Medical Plaza"da çalışır.

Onu da bildirək ki, Qoçxani 2017-ci ilin iyununda 21 yaşlı model Leyla Oruclunu da liposaksiya əməliyyatı etmişdi və gənc qız əməliyyatdan sonra dünyasını dəyişmişdi. S.Qoçxani o zaman "Zəfəran Hospital"da işləyirdi. Gənc qızın ailəsi 21 yaşlı modelin ölümündə həkim səriştəsizliyinin olduğunu iddia edirdi.

Sevinc Əlimova
Emtv.az



Xəstə ölümündə adı hallanan həkimlə fotosunu paylaşan Xatirəni "yıxıb-sürüdülər"

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR