SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

"Bakıda ən böyük idman yarışlarının təşkili üçün hər bir şərait var"

30-05-2019, 16:05 | Oxunub: 3321 |

"Bakıda ən böyük idman yarışlarının təşkili üçün hər bir şərait var"

"Çelsi" və "Arsenal" Azərbaycanda maraqlı oyun nümayiş etdirdilər. Bu idmandır və bəzən nəticə istədiyimiz kimi olmasa da biz futbol azarkeşləri hər oyundan zövq almaq istəyirik. Bakıda əsl futbol həyəcanı yaşandı. Dünyanın müxtəlif ölkələrindən gəlmiş futbol azarkeşləri, eləcə də yerli sakinlər sanki böyük bir futbol ailəsində birləşdilər. İdman doğrudan da sərhəd tanımır.

Emtv.az bildirir ki, bu fikirləri UEFA-nın final oyununu izləmək üçün Bağdaddan dostu Hussein Alravi ilə Bakıya gəlmiş Ehab Hamid Alşujairi Azərtaca-a müsahibəsində deyib. İraqlı qonaq burada irimiqyaslı tədbirlərin təşkili üçün geniş imkanlar olduğunu qeyd edib: "Azərbaycan belə nüfuzlu tədbirləri təşkil etmək üçün müasir infrastruktura - idman komplekslərinə, xidmət sektoruna, təhlükəsizliyə malik ölkədir. Bir neçə gün ərzində artıq şəhərinizlə tanış olub görməli yerlərini gəzmişik. Bakıda ən böyük idman yarışlarının təşkili üçün hər bir şərait var".

Hussein Alravi Bakıya valeh olduğunu bildirib: "Bakıda özümüzü çox rahat hiss edirik. Yerli sakinlər bizə qayğı ilə yanaşır, kömək lazım olduqda dərhal yardım edirlər. Azərbaycanlılar qonaqpərvər və istiqanlıdırlar. Azərbaycan mətbəxi çox zəngindir".

Seymur Rəhimov
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR