SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Camal Qaşıqçını öldürülmə səbəbi - Trampın kürəkənindən sensasiyalı sözlər

30-05-2019, 13:02 | Oxunub: 7 337 |

Camal Qaşıqçını öldürülmə səbəbi - Trampın kürəkənindən sensasiyalı sözlər

ABŞ prezidenti Donald Trampın kürəkəni və baş məsləhətçisi Cerard Kuşner Səudiyyə Ərəbistanı vətəndaşı, jurnalist Camal Qaşıqçını terrorçu adlandırıb.

Emtv.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə "Vanity Fair" informasiya yayıb.

Nəşr Maykl Vufun yeni dərc olunan "Mühasirə: Tramp atəş altında" ("Siege: Trump Under Fire") kitabına istinadən məlumat verir ki, Kuşner İstanbul konsulluğunda naməlum şəkildə qətlə yetirilən Camal Qaşıqçını Usamə Bin Ladenlə əlaqələndirib.

Kitabda Kuşnerin adı açıqlanmayan bir jurnalistə səs qeydindən kənar verdiyi müsahibədə Qaşıqçı haqqında "Bu adam kral ailəsindəki (Səudiyyə Ərəbistanı) bəzi fraksiyalar ilə Usamə arasında əlaqə yaradıb. Biz bunu bilirik. Jurnalistmi? Yox bir. Bu, jurnalist kimi üzünü maskalayan bir terrorçu idi"sözlərini deyib.

Xəbərdə, həmçinin, Kuşnerin Səudiyyə Ərəbistanı vəliəhd şahzadəsi Məhəmməd ibn Salmanın ən yaxşı müdafiəçilərindən biri olduğu qeyd edilib.

Məsələ ilə bağlı hələ ki, rəsmi açıqlama verilməyib.

Qeyd edək ki, Maykl Vulfun 2018-ci ilin əvvəllərində ABŞ prezidenti Donald Trampın prezident postundakı ilk ilindən bəhs edən və ən çox satılan kitablar siyahısına daxil olan "Alov və hirs: Tramp Ağ evin içindən" adlı kitabı da geniş mübahisələrə səbəb olmuşdu. Yazıçının əvvəlki kitabının davamı kimi dərc edilən "Mühasirə: Tramp atəş altında" adlı 315 səhifəlik kitabında Trampın sabiq və mövcud işçiləri ilə etdiyi müsahibələr yer alıb.

Xatırladaq ki, "Vaşinqton Post" nəşrinin əməkdaşı Camal Qaşıqçı 2 oktyabr 2018-ci ildə Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulluğunda naməlum şəkildə qətlə yetirilmişdi. Qətlin törədicilərinin və sifarişçilərinin adları hələ də gizli olaraq qalır.


Seymur Rəhimov
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR