SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Nazirin "stəkanda fırtına" siyasəti...

30-05-2019, 12:13 | Oxunub: 8 205 |

Nazirin "stəkanda fırtına" siyasəti...

Dövlət tərəfindən uzun illərdir ki, milyardlarla vəsaitin sərf edildiyi, proqramların həyata keçirildiyi Azerbaycan səhiyyəsini göstərilən bütün cəhdlərə rəğmən xilas etmək mümkün olmur. Bu gün ölkə səhiyyəsinin acınacaqlı durumu hamıya məlumdur. Bircə dəfə hansısa xəstəxanaya getmək kifayətdir ki, bu sahədə hökm sürən anarxiya, özbaşınalıq səni dəhşətə gətirsin.

Hər şeyin pulun iradəsinə tabe edildiyi səhiyyəmizdə bəlkə də ən son yerdə duran,ən ucuz tutulan insan sağlamlığı, insan taleyidir. Təsadüfi deyil ki, bu gün Azərbaycan vətəndaşı canını götürüb qonşu ölkələrə üz tutur.

Emtv.az xəbər verir ki,Oqtay Şirəliyevin özü öz sağlamlığının rəhbəri olduğu Azərbaycan səhiyyəsinə etibar etməyərək Avropanın klinikalarını dolaşmaqdadır. Ümumiyyətlə, onun nazir olduğu dönəmə nəzər saldıqda adamda ele təəssürat yaranır ki, nazir sanki qonşu ölkələrin səhiyyəsini inkişaf etdirmək üçün çalışır...

Məhz onun dönəmində Azərbaycan vətəndaşlarının qonşu ölkələrə müalicə üçün kütləvi axını başlandı, pulun tibb ocaqlarında diktaturası bərqərar olundu. Oqtay Şirəliyev ölkə səhiyyəsini məhv etmek üçün olan her şeyi edib-onun nüfuzunu sıfra endirib,dərman mafiyalarının ölkədə at oynatmasına münbit şərait yaradib, peşəkar kadrlarin xaricə axınını təmin edib. Bir ölkenin səhiyyə nazirinin müalicə üçün xarici ölkələrə üz tutmasından boyük utanc ola bilərmi? Bəs cənab Prezidəntə, Mehriban xanıma təqdim olunan, Avropa klinikalarından geri qalmadığı bildirilən tibb ocaqları harda qaldı, kimin üçün fəaliyyət göstərir? Tam əminliklə demək olar ki, Azərbaycan səhiyyəsi heş zaman indiki qədər acınacaqli durumda, bataqlıqda olmayib. Müasir görünüşlü xəstəxanaların, klinikaların binalarında ölkə səhiyyəsi "can verir".

Oqtay Şirəliyev vəziyyəti düzəltmək əvəzinə yalan məlumatlarla yuxarı dairələri aldatmaqla meşğuldur. Əgər ölkənin səhiyyəsini bilavasitə çökdürmək üçün kimisə vəzifəyə təyin etsəydilər belə yenə də O. Şirəliyev qədər bu işin öhdəsindən gələ bilməzdi. O.Şirəliyev hər şeydən öncə Azərbaycan vətəndaşının səhiyyəsinə inamını məhv etməyi bacardı- xəstələrimiz acınacaqlı durumda İranın, gürcüstanın, Rusiyanın xəstəxanalarında dolaşırlar.

Şirəliyev həkimlərin tamamilə ələbaxan, cibəgirən vəziyyətinə düşməsi prosesini rəsmən yekunlaşdırdı, rüşvət Azərbaycan səhiyyəsinin devizinə çevrildi. Yeni tikilən, tam təmir olunan xəstəxanaların göz dağına çevrilməsi prosesi baş verdi-el diliylə desək “neyniyirəm qızıl teşti, içinə qan qusum” məsəli reallaşdı. Dərman mafiyası qol qanad açdı, keyfiyyətsiz məhsullar, mənşəyi məlum olmayan kimyəvi preparatlar ömrümüzə balta çaldı. Əksər özəl və dövlət xəstəxanalarında göstərilən xidmətlərin səviyyəsi həddindən artıq aşağı, qiymətlər isə həddindən artıq bahadır. Həkimlərin səhlənkarlıqları üzündən baş verən ölüm hadisələri isə ölkə mətbuatının gündəmindən düşmür. Belə “səhiyyə xadimləri”nin xidmətləri nəticəsində Azərbaycan səhiyyəsinin özü xəstə vəziyyətdədir.


Artıq vəziyyət elə həddə gəlib çatıb ki, vətəndaşlar nazirliyin binası qarşısında etiraz aksiyaları keçirir, səhiyyənin dəhşətli durumunu diqqətə çatdırırlar. Oqtay Şirəliyevin fəaliyyəti bir qədər də belə davam edərsə kütləvi etirazların olacağı istisna olunmur. Onun vəzifədə qaldığı hər gün dövlətin imicinin zədələnməsinə xidmət edir.

Son illərdə səhiyyə sistemində hökm sürən neqativ halların aradan qaldırılması üçün bir sıra layihələr həyata keçirilməyə başlayıb. Bunlardan biri də həkimlərin işə qəbulu prosesinin mərkəzləşdirilmiş qaydada həyata keçirilməsi ilə bağlıdır. Səhiyyə nazirliyinin rəsmi məlumatına inansaq Azərbaycan Respublikası Prezidentinin 05 sentyabr 2012-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrası ilə bağlı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 18 yanvar 2013-cü il tarixli 3 nömrəli qərarına əsasən Səhiyyə Nazirliyinin tabeçiliyində olan tibb müəssisələrində vakant elan edilmiş yerlərə həkimlərin işə qəbulu mərkəzləşdirilmiş qaydada aparılır.

Müsabiqədə iştirak üçün namizəd Səhiyyə Nazirliyinin rəsmi internet səhifəsində müvafiq elektron xidmət bölməsinə daxil olaraq, elektron ərizənin doldurulmalıdır. Qanunla nəzərdə tutulmuş hallarda sertifikasiyadan keçirilməyən şəxslər ali təhsil haqqında sənədin və olduğu halda, ixtisaslaşma haqqında sənədin surətlərini ərizələrinə əlavə etməlidirlər. Həmçinin namizəd işə qəbul olunmaq üçün ixtisasına və ya baza təhsilinə uyğun 5 vakant yer seçə bilər. Namizədin topladığı bal onun seçdiyi 5 vakant yerə uyğun olaraq ardıcıllıqla yoxlanılır. Vakant elan edilmiş vəzifəyə təyin olunmaq üçün həmin vəzifəyə namizədlər arasında daha yüksək bal toplamış şəxs seçilir.

Göründüyü kimi prosesin şəffaflığı üçün mükəmməl hüquqi baza formalaşdırılıb. Lakin apardığımız araşdırma əslində Səhiyyə Nazirliyinin “stəkanda fırtına” effekti yaratdığını, həkimlərin işə qəbul prosesinin Nuh Nəbidən qalma üsullarla aparıldığını ortaya çıxartdı.

Xatırladaq ki, bu günlərdə paytaxt xəstəxanalarında vakant yerlərə qəbulla bağlı elanlar verilib. Düzdür, ilk baxışda hər şeyin qanunauyğun olduğu görünsə də apardığımız araşdırmalara görə bütün bunlar görüntü xatirinə edilir. Əslində isə artıq boş yerlərə nazirliyin xüsusi siyahısı ilə təyinatlar edilib. Yəni nazirlik prosedur qaydalarını qanuni şəkildə həyata keçirsə də son mərhələdə məhz “damara baxıb qan almaqla” işə qəbul həyata keçirdir. İmtahan verən şəxs lap təbib-loğman olsa belə mərkəzi xəstəxanalara qəbul üçün tələb olunan “kriteryalara” cavab verməlidir. Bu kriteryaların isə neçəyə olduğu barədə aidiyyatlı orqanlar araşdırma aparsalar daha məqsədəuyğun olardı. İnanmırıq ki, bizə və çoxlarına məlum olan faktları onlar bilməsinlər. O zaman sual yaranır ki, nədən dövlətin qanunları bir qrupun mənafeləri naminə tapdalanır və buna göz yumulur? Niyə savadlı həkimlərin işə qəbulu prosesi bir qrupun tamahı ucbatından korrupsiya, rüşvət bataqlığına çevrilir.

Daha sonra dia.az onu da qeyd edib ki,Hörmətli Mehriban xanım! Sizin səhiyyənin inkişafı üçün atdığınız addımlar bütün vətəndaşlar tərəfindən təqdir edilir. Bütün fəaliyyətinizlə ölkəmizin güclənməsinə, insanların daha rahat, asan həyat şərtlərində yaşamasına çalışırsınız. Amma, yuxarıda qeyd etdiyimiz kimi Səhiyyə naziri O.Şirəliyev bütün mümkün vasitələrlə sizin fəaliyyətinizə kölgə salmağa çalışır. Azərbaycan səhiyyəsinin «Oqtay Şirəliyev xəstəliyini» müalicə etməyin tam zamanıdı.. İnanırıq ki, siz yenə də hər zaman olduğu kimi ən doğru qərarı qəbul edəcək, hamının çoxdan gözlədiyi bu qərarın reallaşmasına çalışacaqsınız. Sizə öncədən təşəkkür edirik.


Aynurə Kərimova
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR