17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
Heydər Əliyev Fondu Zərdab və Tərtərdə iftar süfrəsi açıb - FOTO
Heydər Əliyev Fondu tərəfindən müqəddəs Ramazan ayı ərzində bir sıra rayonlarda iftar süfrələri təşkil olunur. Belə iftar süfrələrindən biri də mayın 29-da Zərdab və Tərtər rayonlarında açılıb.
Emtv.az yerli mətbuata istinadən bildirir ki, iftar süfrəsində din xadimləri, şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsi əlilləri və imkansız ailələrdən olan insanlar, həmçinin N saylı hərbi hissənin əsgərləri iştirak ediblər.
Mərasimdə çıxış edənlər ölkəmizdə həyata keçirilən dövlət-din siyasətindən, milli-mənəvi dəyərlərə göstərilən diqqət və qayğıdan, tolerantlıq mühitinin qorunub saxlanmasından, Ramazan ayının əhəmiyyətindən və fəzilətlərindən danışıblar.
Bildirilib ki, müqəddəs kitabımız olan "Qurani-Kərim"in nazil olduğu Ramazan ayı dinimizdə uca və müqəddəs sayılan, insanları sülhə, həmrəyliyə, əxlaqi saflığa dəvət edən mübarək aylardandır. Ramazan ayında iftar süfrələrinin təşkil edilməsi cəmiyyətimizin vahidliyinin, ümumi amallar naminə ölkəmizdə dövlətlə din arasında sıx birliyin bariz nümunəsidir. Bu baxımdan Heydər Əliyev Fondu tərəfindən bölgələrdə iftar süfrələrinin açılması tədqirəlayiqdir.
Bu gün Azərbaycan dünya ölkələri üçün tolerantlıq nümunəsidir. Ölkəmizdə birlik və sabitlik hökm sürür, dini məbədlər təmir və bərpa olunur, islami və milli-mənəvi dəyərlər qorunur.
İftar süfrəsində, həmçinin Ali Baş Komandanın rəhbərliyi ilə bütün torpaqlarımızın tezliklə işğaldan azad olunacağına, o torpaqlarda da dini ayinlərin icra ediləcəyinə və iftar süfrələrinin açılacağına əminlik ifadə olunub.
İftar süfrəsi ətrafında on bir ayın sultanı olan Ramazanın fəzilətlərindən danışılıb, bu ayda görülməsi vacib sayılan xeyirxah əməllərdən, savab işlərdən söz açılıb. Ölkəmizə əmin-amanlıq və sülh arzulanıb, torpaqlarımızın bütövlüyü uğrunda şəhid olanların ruhuna dualar oxunub.
Sevinc Əlimova
Emtv.az