SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

“MÖCÜZƏLİ NAFTALAN” SAĞLAMLIQ MƏRKƏZİNDƏ PASİENTLƏR NARAZLIQ EDİR

29-05-2019, 14:59 | Oxunub: 12 875 |

“MÖCÜZƏLİ NAFTALAN” SAĞLAMLIQ MƏRKƏZİNDƏ PASİENTLƏR NARAZLIQ EDİR

Ölkəmizin səfalı guşələrindən sayılan Naftalan burada çıxan neftin müalicəvi xüsusiyyətinə görə tarixən sanatoriya-kurort şəhəri kimi məşhurdur. Azərbaycanın böyük potensiala malik sağlamlıq turizminin inkişafında da Naftalan nefti xüsusi əhəmiyyət kəsb edir. Təsadüfi deyildir ki, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 2018-2020-ci illər üçün “Sağlamlıq turizminin inkişafına dair Fəaliyyət planı”na əsasən Naftalan neftinin beynəlxalq sertifikatlaşdırmadan keçməsi prosesinin sürətləndirilməsi istiqamətində müvafiq tədbirlər görülür.

Emtv.az xəbər verir ki,Naftalanda son vaxtlara kimi fəaliyyəti təqdir olunan sağlamlıq mərkəzlərindən biri də “Möcüzəli Naftalan” sanatoriyası idi. Sual oluna bilər: Niyə məhz “son vaxtlara kimi?” Səbəb subyektiv faktorla əlaqəlidir. Sanatoriyaya Elşən direktor təyin olunandan sonra burada xidmətin keyfiyyəti xeyli aşağı düşüb ki, bu da yarıtmaz idarəçiliklə izah olunur.

Saytımızın əməkdaşı müalicə və istirahət məqsədilə “Möcüzəli Naftalan” Sağlamlıq Mərkəzinə müalicə olunması üçün baş vurub və gördüklərindən çox məyus olub. Bildirir ki, burada vəziyyət qətiyyən ürəkaçan deyil. Pasientlərə kurs kimi yazılan müalicə düzgün aparılmır ki, bu da tibbi personalın ya peşəkarlıq səviyyəsinin aşağı düşməsinin, ya da səhlənkarlığının nəticəsidir. “Möcüzəli” sanatoriyada menyuda təqdim olunan xörəklər keyfiyyətsizdir. Əməkdaşımız bildirir ki, özü və onun kimi xeyli pasient sanatoriyanın menyusundan imtina ediblər.

RealMedia.az-ın əməkdaşının verdiyi digər məlumata görə, axşamlar sanatoriyanın ərazisinə yerli sakinlər buraxılır, direktor da bu hala göz yumur. Onlar yeyib-içir, hay-küy salır, müalicəyə gələnlərin rahatlığını pozurlar. Xəbərə görə, bu yaxında müəssisəyə müalicə üçün gəlmiş Tapdıq adlı bir pasient ilə yerli sakinlər arasında insident yaranmış və o, möhkəm döyülmüşdür.

Seymur Rəhimov
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR