SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Naxçıvan Müəllimlər İnstitutunda “Son iclas” bədii-sənədli filminə kollektiv baxış olub

29-05-2019, 12:58 | Oxunub: 12 386 |

Naxçıvan Müəllimlər İnstitutunda “Son iclas” bədii-sənədli filminə kollektiv baxış olub

28 May - Respublika Günü münasibətilə təşkil edilən tədbirdə institutun rektoru Elbrus İsayev “1918-ci ilin 28 mayından başlayan respublika tariximizin şanlı səhifələri” mövzusunda məruzə ilə çıxış edib.


Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, rektor 1918-ci il mayın 28-i tarixinin qədim dövlətçilik tariximizdə xüsusi yerə malik olduğunu vurğulayıb. Məruzəçi bildirib ki, müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti 23 ay kimi qısa bir müddətdə böyük nailiyyətlər əldə edib. Cümhuriyyət ilk dəfə qadınlara seçim hüququ verib və qadın-kişi bərabərliyini təmin edib, milli ordu yaradıb, azad seçkilər keçirib, beynəlxalq əlaqələrini genişləndirib, ərazi bütövlüyünün təmin olunması istiqamətində ciddi tədbirlər həyata keçirib. Cümhuriyyət süquta uğradıqdan sonra xalqın istiqlal ideyası puç olmayıb və 1991-ci ildə sovet imperiyasının dağılması ilə Azərbaycan yenidən öz müstəqilliyini elan edib. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin cahanşümul fəaliyyəti nəticəsində yenidən bərpa olunmuş müstəqilliyin əbədiləşdirilməsi istiqamətində tarixi nailiyyətlər əldə edilib, Xalq Cümhuriyyətinin ənənələri əsas tutularaq müstəqil Azərbaycan dövləti yaradılıb.

Elbrus İsayev deyib: “Ulu Öndərimizin rəhbərliyi altında müstəqil respublikamız mürəkkəb vəziyyətdə öz müstəqilliyini və suverenliyini qorumağı və möhkəmləndirməyi bacarıb. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasında demokratik, hüquqi, dünyəvi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesi uğurla davam etdirilir. Respublikamızda siyasi, iqtisadi və sosial islahatlar uğurla həyata keçirilir, ölkə iqtisadiyyatı dönmədən inkişaf etdirilir, əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün təsirli tədbirlər görülür”.

Tədbirin ikinci hissəsində Heydər Əliyev Fondunun dəstəyi ilə Bakı Media Mərkəzinin ərsəyə gətirdiyi “Son iclas” bədii-sənədli filminə kollektiv baxış olub. Məlum olduğu kimi, təqdimatı 2018-ci il mayın 25-də Heydər Əliyev Mərkəzində olmuş bu ekran əsəri qısa müddətdə böyük tamaşaçı auditoriyası toplayıb. Film Azərbaycan Xalq Cümhuriyyətinin keşməkeşli tarixinin son günlərinə işıq salır və demokratik respublikanın parlamentinin son qərarını hansı çətin şəraitdə verdiyini əks etdirir.


Nəzrin Abbaszadə
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR