SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

"Məhkəmə onların xeyrinə qərar verdi"

29-05-2019, 11:58 | Oxunub: 9 713 |

"Məhkəmə onların xeyrinə qərar verdi"

Emtv.az xəbər verir ki,yerli KİV-lərə müraciət edən Həsənova Xatirə Fəzail qızı dələduzluqla qarşılaşıb.

Onun Suraxanı rayonu Əmircan qəsəbəsində yerləşən olan-qalan 3 otaqlı evi demək olar ki, əlindən çıxmaq üzrədir. Xatirə xanım bildirir ki, 2016-cı ildə onlara pul lazım olduğu üçün banka müraciət ediblər, lakin bu müraciət nəticəsiz qalıb. Bu zaman həyat yoldaşına iş yoldaşı bildirib ki, onlara pul götürməkdə yardımçı ola bilər. Xatirə xanım deyir: "O, həyat yoldaşımı öz dostu Adıgözəlov Emin İmran oğlu ilə tanış edib. Emin isə həyat yoldaşımı əmin edib ki, narahat olmayın, mən sizə bankdan pul götürməyə yardımçı olacağam. Daha sonra Emin bildirdi ki, sizin adınıza pul götürmək mümkün deyil, ev gərək oğlunuzun adına keçirilə. Biz də - bütün ailə üzvlərimiz razlıq verdik, ev oğlumun adına keçdi.

Daha sonra Emin etibarımızdan sui-istifadə edərək oğlumu 54 saylı notariusa apararaq evimizi bizə pul verəcək Gözəl adlı şəxsin qohumu olan Novruzov Fərid Siyavuş oğlunun adına alqı-satqı etdirib. Ev həmin şəxsin adına rəsmiləşəndən sonra 30 min manat pula imza atdırıb. Daha sonra o pulun 8700 manatını oğluma verirlər, qalan pulu da Emin özünə götürür.

Emin bizə bildirdi ki, pulu 1 ay müddətinə ödəyib, kubçanı yenidən sənin adına keçirəcəyəm. Üstündən 5-6 ay keçdi. Gördük ki, kupçanı qaytarmır. Biz bundan şübhələnib polisə müraciət etdik. 20-ci polis bölməsində araşdırma başlandı. Sonra isə polisdən bizə bildirdilər ki, bu iş mülki işdir, məhkəməyə müraciət edin. Sonra isə bizə zəng gəldi. Suraxanı Rayonu Məhkəməsinə çağırdılar, bildirdilər ki, biz evi boşaldıb sahibinə - Novruzov Fəridə qaytarmalıyıq. Məhkəmə onların xeyrinə qərar verdi. Daha sonra biz Apellyasiya Məhkəməsinə, Ali Məhkəməyə həmin qərardan şikayət etsək də, faydası olmadı. İndi iş artıq rayon icra şöbəsindədir. İcra məmurları da bizə 2-3 gün vaxt qoyub ki, evi boşaldaq".

Dələduzların qurbanına çevrilən Xatirə xanım bildirir ki, bu 3 otaqlı evdə 8 nəfər ailə üzvü ilə yaşayır, bu evdən başqa qalmağa yerləri yoxdur. Çarəsiz qalan ailə ilk öncə ölkə başçısı İlham Əliyevdən, birinci vitse-prezident Mehriban xanım Əliyevadan bu işə müdaxilə edərək onlara kömək etmələrini xahiş edir.

Daha sonra Azerbaycanrealligi.com onu da qeyd edib ki,baş prokuror Zakir Qaralov və Daxili işlər naziri Ramil Usubova səslənən şikayətçi qeyd edir ki, bu dələduzlar haqqında araşdırma aparılması vacibdir. Zərərçəkmiş Xatirə xanım bildirir: "Çox güman ki, onlar mənim və mənim oğlum kimi xeyli insanları aldadıb bu cür qanunsuz yollarla əmlaklarını ələ keçiriblər". Dia.az olaraq dələduzluğun qurbanı olmuş Həsənova Xatirə Fazil qızının daha geniş videomüraciətini oxucularımıza təqdim edirik.

Sevinc Əlimova
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR