SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

İlham Əliyev Pakistana səfər edəcək

3-09-2015, 15:03 | Oxunub: 755 |

İlham Əliyev Pakistana səfər edəcək
Azərbaycan prezidenti İlham Əliyev Pakistana səfər edəcək.

"EMTV.az" Pakistanın “thenews.com.pk” saytına istinadən bildirir ki, Azərbaycan prezidentinin Pakistana səfəri cari ilin noyabr ayına planlaşdırılır.

Belə ki, cari ilin noybarın 11-də Pakistanın paytaxtı İslamabadda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) dövlət başçılarının növbəti Zirvə toplantısı keçiriləcək. Zirvə toplantısında Azərbaycan prezidenti İlham Əliyev də iştirak edəcək. Zirvə toplantısında Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan,
Səudiyyə Ərəbistanı kralı Salman bin Abdel Aziz, İran prezidenti Həsən Ruhani, Birləşmiş Ərəb Əmirliklərinin prezidenti Şeyx Xəlifə bin Zayed Al-Nahyan, İndoneziya prezidenti Coko Vidodo, Malaziyanın baş naziri Nacib Razzak, Qatar əmiri Şeyx Tamim bin Hamad Sani, Misir prezidenti Abdel Fatah Al-Sisi, Əfaqanıstan prezidenti Əşrəf Qani, İraq prezidenti Fuad Masum, Əlcəzair Prezidenti Abdel Aziz Bouteflika, İordaniya kralı İkinci Abdullah, Küveyt əmiri Şeyx Sabah Al-Ahmad Al-Jabar Al-Sabah, Fələstin lideri Mahmud Abbas, Oman sultanı Qaboş bin Said al Said və Nigeriyanın prezidenti Məhəmməd Buhari sammitdə iştirakla bağlı dəvəti qəbul ediblər.

Zirvə toplantısında əsas müzakirə predmeti elm və texnologiyaları və bu sahədə əməkdaşlığın inkişaf etdilməsi mövzusunda olacaq. Bu mövzu 2013-cü ilin fevralında Qahirədə keçirilən 12-ci sammitdə müəyyənləşdirilib.

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT
FOTOLAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR