SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

''AAAF-İnşaat'' MMC pullarımı qaytarmır''

29-05-2019, 10:48 | Oxunub: 9 330 |

''AAAF-İnşaat'' MMC pullarımı qaytarmır''

"5 ildən çoxdur ki, məhkəmələrdə qalmışam, məhkəməni udsam da, qərar icra olunmur”.

Emtv.az xəbər verir ki,Bakı sakini Mücahid Qocayev 6 il əvvəl "AAAF-İnşaat” MMC-yə 54 min manat ödəyərək Xırdalan şəhərində şirkət tərəfindən tikilməkdə olan "AAAF PARK” yaşayış kompleksindən 4 otaqlı mənzil alıb. Şirkət ona mənzili 6 ay ərzində tam hazır şəkildə təhvil verəcəyini şifahi vəd edib.

Ancaq Mücahid Qocayev mənzilin təhvil verilməsini 2 ildən çox gözləyib. Sonra da şirkətə müraciət edərək müqavilənin pozulmasını, pullarının geri qaytarılmasını tələb edib. Şirkət tələbi yerinə yetirmədiyi üçün Mücahid Qocayev məhkəməyə müraciət edib.

"AAAF İnşaat” MMC-yə qarşı müqavilənin etibarsız hesab edilməsini, ödədiyi 54 min manatın qaytarılmasını və 2 il ərzində kirayədə yaşadığı üçün kirayəhaqqı olaraq ödədiyi 7200 manatın şirkət tərəfindən ona ödənilməsini iddia edib. Şirkətin nümayəndələri məhkəmədə iştirak etməyib.

Məhkəmə iddianı təmin edib

Məhkəmə qiyabi Qətnaməylə iddianı tam təmin edib. Bundan sonra şirkət eyni məhkəməyə müraciət edərək əvvəlki məhkəmədə üzrlü səbəbdən iştirak etmədiyini bildirib və Qətnaməni ləğv etdirərək işə yenidən baxılmasına nail olub. Budəfəki məhkəmədə iddianın tərəflər arasındakı müqavilənin ləğvi 54 min manatın Mücahid Qocayevə qaytarılması hissəsi təmin olunub. Kirayəhaqqı kimi ödənilmiş 7200 manatın vətəndaşa ödənilməsi hissəsi təmin olunmayıb. Şirkət məhkəmə Qətnaməsindən yuxarı instansiya məhkəmələrinə apelyasiya və kassasiya şikayətləri versə də, təmin olunmayıb. Nəhayət, məhkəmə qərarı icraya yönəldilib. Ancaq Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmurları ötən ilin dekabr ayından qərarı icra edə bilmirlər.

"Şirkət deyir, əmlakım da yoxdur, pulum da...”

Mücahid Qocayev danışır: "İcra məmurları deyir ki, şirkətin vergiyə 2 milyon manat borcu var, hesabında isə pul yoxdur. Mən də tələb edirəm ki, pulu yoxdursa, icra əmlaka yönəldilsin, şirkətin əmlaklarından biri satılsın, mənim 54 min manatım ödənilsin. Şirkətsə deyir, guya əmlakı da yoxdur. Gülməlisi odur ki, şirkət o boyda "AAAF Park” yaşayış şəhərciyi tikib, ancaq yalandan deyir, orda mülküm yoxdur. Elə vaxtilə mənə satdıqları və sonradan heri qaytardığım dördotaqlı mənzilin indi azı 90 min manat qiyməti var, şirkətin həmin mənzili 54 min manata satıb, mənim pulumu qaytarmaq imkanı var. Onu da satmır, deyir ki, o, sənin evindir. Məhkəmə Qətnaməsi ilə həmin mənzilə dair alqı-satqı müqaviləm ləğv olunub, məhkəmə bunların üzərinə öhdəlik qoyub ki, adamın pulunu qaytarın, bunlarsa deyir, yox ki, yox, müqavilə qüvvədədir, ev də sənindir”.

Şirkət deyir, mənzil satışa çıxarılıb

Mücahid Qocayev deyir, şirkət onun pulunu qaytarmadıqca, zərəri ona dəyir: "Mən şirkətə 54 min manatı ödəyəndən sonra manat iki dəfə devalvasiyaya uğrayıb. Şirkət illərdir ki, vaxtı qəsdən uzadır. Bununla da vətəndaşın daha çox zərərə düşməsinə nail olmaq istəyir. Əgər bir şirkət üç məhkəmənin qərarını saymayacaqsa, o məhkəmələrin qərarları icra olunmayacaqsa, vətəndaş eyni əziyyəti çəkəcəksə, illərlə davam edən məhkəmələr nəyə görədir? Məhkəmələr dövlətin adından Qətnamə çıxarır, hansısa şirkətin sahibi o Qətnaməni icra etməməklə açıq-aşkar göstərir deyir ki, "Qətnamə-filan saymıram, dövləti də, məhkəməni də vecimə almıram”.

Ali Məhkəmə qərarı

Daha sonra conflict.az onu da qeyd edib ki,Abşeron rayon Probasiya və İcra Şöbəsindən bildirilib ki, məhkəmə qərarının icrası ilə bağlı "AAAF-İnşaat” MMC-yə dəfələrlə müraciət olunsa da, şirkət hesabında pul vəsaiti olmadığını bildirir. Şirkət yaxın vaxtlarda qərarı icra etməsə, icra məmurları şirkətlə bağlı müvafiq qanuni addımlar atacaq.

Sevinc Əlimova
Emtv.az



''AAAF-İnşaat'' MMC pullarımı qaytarmır''
''AAAF-İnşaat'' MMC pullarımı qaytarmır''

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR