SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

"Həyat yoldaşım həkim qəddarlığının qurbanı olub..."

27-05-2019, 17:04 | Oxunub: 11 988 |

"Həyat yoldaşım həkim qəddarlığının qurbanı olub..."

Emtv.az xəbər verir ki,Ucar rayonu Lək kənd sakini Abışova Tahirə Yusif qızı tərəfindən yerli KİV-lərə şikayət ərizəsi ünvanlanıb. Narazı vətəndaş yazır:

"Bu şikayət ərizəmizdə yazıb sizə bildirirəm ki, mənim həyat yoldaşım Cabbarov Zakir Hüseynqulu oğlu həkim qəddarlığının qurbanı olub.Bunu isə səriştəsiz həkimlər bizim pulumuzu talamaq üçün ediblər.Bu korrupsiya, talançılıq və quldurluq cinayətini Respublika Müalicəvi Diaqnostika Mərkəzinin həkimləri ediblər.

29 mart 2019-cu il tarixdə həyat yoldaşım Zakir Cabbarovun ürəyindən cərrahiyyə əməliyyatını Respublika Müalicəvi Diaqnostika Mərkəzinin həkimi Anar Əmrah etdi.Həmin cərrahiyyə əmıliyyatı üçün 8500 manat pul ödədik.Sonra həyat yoldaşım Zakir Cabbarovun vəziyyəti pisləşdi deyə onu müayinə etdilər və məlum edildi ki, guya onun bağırsağında problem var.Buna görə Respublika Müalicəvi Diaqnostika Mərkəzinin həkimləri bildirdilər ki, təcili əməliyyat olunmalıdır. Bunun üçün həyat yoldaşımı 10 aprel 2019-cu il tarixdə Respublika Müalicəvi Diaqnostika Mərkəzinin həkimi İlqar İsmayılov tərəfindən bağırsağından cərrahiyyə əməliyyatı edildi.Buna görə 6340 manat pul ödədik.Bağırsaq cərrahiyyəsindən sonra həyat yoldaşımın vəziyyəti dahada pisləşdi.Həkim müayinə edib dedi ki, qan sızma var. Buna görə Respublika Müalicəvi Diaqnostika Mərkəzinin həkimi İlqar İsmayılov onu 12 aprel 2019-cu il tarixdə təkrar cərrahiyyə əmliyyatı etdi. Bundan sonra həyat yoldaşımın vəziyyəti günü-gündən pisləşdi.Həkimlər bizə bildirdilər ki, Zakir yaşamayacaq aparın öz evində qalsın.Biz həyat yoldaşımı Respublika Müalicəvi Diaqnostika Mərkəzinin ambulans maşınına 350 manat verib Ucar rayonu Lək kəndinə gətirdik. 25 aprel 2019-cu il tarixdə həyat yoldaşım Zakir Cabbarov Respublika Müalicəvi Diaqnostika Mərkəzinin həkimlərinin talançılığı və savadsızlığı ucbatından dünyasını dəyişdi.Bəlkədə həyat yoldaşımı Respublika Müalicəvi Diaqnostika Mərkəzinə aparmayıb başqa xəstəxanaya aparsaydıq indi o sağalıb həyatda yaşayırdı.

Daha sonra dia.az onu da qeyd edib ki,Respublika Müalicəvi Diaqnostika Mərkəzinin səriştəsiz həkimlərinin talançılıqlarının nəticəsində həm həyat yoldaşım dünyasını dəyişdi həmdə borca düşdük.Evimizin bütün əşyalarını, həyətimizin mal-qarasını satıb həyat yoldaşımın müayinə və müalicəsinə xərcləmişik. Respublika Müalicəvi Diaqnostika Mərkəzinin həkimləri üst-üstə bizdən 16000 manat pul alsalarda bununla kifayətlənməyib bizdən əlav qalmış 5400 manat pulu ödəməyi tələb edirdilər. Şikayət edəcəyimizi bilib sonra həmin pulu istəmədilər. Ancaq biz talançı həkimlərin aldıqları 16000 manat pulumuzu tələb edirik. Onlar bizim 16000 manat pulumuzu qaytarmasalar Səhiyyə Nazirliyinin qarşısında intihar edəcəm. Mən sənədlə, faktlarla subut edirəm ki, həyat yoldaşım Zakir Cabbarovu Respublika Müalicəvi Diaqnostika Mərkəzinin həkimlərinin talançılığı məhv etdi. Çünki bir adamı 15 gün ərzində 3 müxtəlif nahiyələrdən ağır cərrahiyyə əmaliyyatına məruz qoymaq onu qəsdən öldürmək deməkdir.Dünyanın heç bir yerdində belə hal baş verə bilməz bunu heç bir savadlı həkim etməzdi ki, Respublika Müalicəvi Diaqnostika Mərkəzinin həkimləri etdilər.Bir adamı 15 gün ərzində 3 dəfə ağır cərrahiyyə əməliyyatına məruz qoymaq onu qəsdən öldürmək deməkdir.
Həyat yoldaşım Zakir ürəyindən cərrahiyyə əməliyyatı edilməmişdən əvvəl bütün orqanlarından ətraflı müayinə edilmişdi.Həmin zaman onun bağırsağında hər hansı xəstəliyi və ya yarası olmadı.Bundan 9 gün sonra onun bağırsağında yara olmasını aşkar etmək yalandır.Bunu isə ona görə ediblər ki, bizdən pul alsınlar.15 gün ərzində həyat yoldaşım Zakir Cabbarovu Respublika Müalicəvi Diaqnostika Mərkəzinin talançı həkimləri 3 dəfə cərrahiyyə əməliyyatı etdilər.Sanki onun üzərində təcrübə keçirdilər.


Mənim həyat yoldaşım Respublika Müalicəvi Diaqnostika Mərkəzinin həkimlərinin talançılığının qurbanı oldu daha o qayıdan deyil. Ancaq bu talançılardan bizdən aldıqları 16000 manat pulumuzu tələb edirik. Mən bu talançı qatil həkimlər barədə prezident cənab İlham Əliyevə, Mehriban xanım Əliyevaya şikayət ərizəsi ilə müraciət etmişəm. Həmçinin mətbuat vasitəsi ilə də müraciət edirəm.

Hörmətli Prezident hörmətli Mehriban xanım sizdən çox-çox xahiş edirəm şikayət ərizəmdə göstərdiyim faktları yerində bizim iştirakımızla araşdırb 16000 (on altı min) manat pulumuzu alıb bizi aldatmış Respublika Müalicəvi Diaqnostika Mərkəzinin rəhbərliyi və adlarını qeyd etdiyim yaramaz həkimlərin barəsində qanuna müvafiq tədbirlər görəsiniz, bizdən aldıqları 16000 manat pulumuzu özümüzə qaytarılmasına köməklik göstərəsiniz.Bir daha qeyd edirəm ki, bir adamı 15 gün ərzində 3 dəfə ağır cərrahiyyə əməliyyatına məruz qoymaq onu qəsdən öldürmək deməkdir".

Emtv.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

Sevinc Əlimova
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR