SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Masallıda vətəndaşı kimlər incidir?

27-05-2019, 14:11 | Oxunub: 13 027 |

Masallıda vətəndaşı kimlər incidir?

Masallı rayonu Şıxlar kəndi sakini Səmədov Alı Daxil oğlu ölkə başçısı İlham Əliyevə və Ədliyyə naziri Fikrət Məmmədova müraciət edib.

A. Səmədov üzləşdiyi qanun pozuntularından, əmlakının əlindən alınmasından və məhkəmə ədalətsizliyindən şikayətlənir.

Emtv.az xəbər verir ki,o, yerli mətbuata deyib ki, ona məxsus 1,32 ha payıbəlli torpaq sahəsi başqası tərəfindən mənimsənilib: "1997-ci ildə torpaq islahatları zamanı mən və ailə üzvlərimə 1,32 ha torpaq sahəsi düşüb. 2000-2005-ci illərdə Rusiyada yaşamışam. Mənə və ailə üzvlərimə məxsus torpaqdan qardaşım Səmədov Rəhman istifadə edib. Özünün payıbəlli torpağı olmasına baxmayaraq, sonradan bu torpağı məndən istəyib. Mübahisəmizi Masallı Rayon Məhkəməsi araşdırıb, ekspertiza rəyi ilə onun təqdim etdiyi dövlət torpaq aktının saxtalaşdırıldığı məlum olub və mənim xeyrimə qərar çıxarıb".

Masallı sakini deyib ki, Şirvan Apelyasiya məhkəməsi onun işi ilə bağlı saxtalaşdırmış sənədləri nəzərə almayıb və ədalətsiz qərar çıxarıb: "Masallı Rayon Məhkəməsinin qərarından sonra qardaşım apelyasiya şikayəti verib. İlk məhkəmə iclasında etiraf edib ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi İdarəsində saxtalaşdırılıb. Növbəti məhkəmə prosesi zamanı hakim Müşviq Həsənov heç nə olmayıbmış kimi heç bir sübuta, dəlilə ehtiyac görmədən Masallı Məhkəməsinin qərarını ləğv edib".

Daha sonra arqument.az onu da qeyd edib ki,A. Səmədov ölkə başçısına və Ədliyyə nazirinə də müraciət edib: "Mən ölkə başçısına müraciət edirəm: məhkəmə islahatlarını tezləşdirin, yoxsa Müşviq Həsənov kimi hakimlər mənim kimi neçə-neçə insanın evini yıxıb, torpağını əlindən alıb imkanlı, pullu birisinə verəcək. Mən Ədliyyə naziri Fikrət Məmmədova müraciət ünvanlayıram ki, məhkəmələrin belə ədalətsiz qərar çıxarmasına münasibət bildirsin".


Sevinc Əlimova
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR