SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

Gimnastlarımız Budapeştdə 6 medal qazanıb

27-05-2019, 11:27 | Oxunub: 4 829 |

Gimnastlarımız Budapeştdə 6 medal qazanıb

Bu həftəsonu, idman gimnastikası üzrə milli komandalarımızın gənc üzvləri Macarıstanın paytaxtı Budapeştdə keçirilən beynəlxalq yarışda çıxış ediblər.

Emtv.az xəbər verir ki, Azərbaycan Gimnastika Federasiyasından yerli mətbuata verilən məlumata görə, təmsilçilərimiz turnirdə müxtəlif yaş kateqoriyalarında ölkəmizi uğurla təmsil edərək, 6 medal qazanıblar. Komandamızın hesabına ən çox medal yazdıran Rüstəm Əhməd olub. Belə ki, gimnastımız turnikdə gümüş (12.650), halqalarda (12.400) və sərbəst hərəkətlərdə (12.300) isə bürünc medal qazanıb. Gənc idmançımız qızıl medalını isə 73.400 xalla çoxnövçülükdə əldə edib.

Turnirdə digər təmsilçimiz Mənsum Səfərov da dəstəli atda uğurlu çıxış nümayiş etdirib və 11.350 xal toplayaraq, bürünc medala sahiblənib. Yarışlarda daha bir medal qazanan gimnastımız Səməd Məmmədli olub. Turnikdə hərəkətlərinə görə hakimlərdən 12.650 xal alan Səməd, yarışların bürünc medalına sahiblənib.

Aynurə Kərimova
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR