SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

Futbol oyunu vaxtı kütləvi dava düşdü

25-05-2019, 15:25 | Oxunub: 3 561 |

Futbol oyunu vaxtı kütləvi dava düşdü

Gürcüstan milli çempionatında Bolnisi rayonunun "Sioni" komandası ilə Rustavinin eyni adlı komandaları qarşılaşıblar. Oyunda futbolçular arasında kütləvi dava düşüb.

Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, hər şey "Rustavi" komandasının vurduğu 3-cü qoldan sonra baş verib.

"Sioni" komandasının oyunçuları hakimin qərarına etiraz edib, qolu hesaba almamağı tələb ediblər.

"Rustavi"nin oyunçuları buna etiraz etdikdə kütləvi dava düşüb.

Meydançaya azarkeşlərin də daxil olması vəziyyəti daha da gərginləşdirib.

Qarşıdurma zamanı xəsarət alanlar var.

Oyunu idarə edən hakim hər iki komandadan iki oyunçunu meydandan qovub.

Oyun 3:3 hesablı heç-heçə ilə başa çatıb.


Aynurə Kərimova
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR