SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Məmur kəndlidən 500 ağacın məhv edilməsini tələb edir – Cocuq Mərcanlıdan şikayət

25-05-2019, 13:02 | Oxunub: 13 309 |

Məmur kəndlidən 500 ağacın məhv edilməsini tələb edir – Cocuq Mərcanlıdan şikayət

Cəbrayılın Cocuq Mərcanlının kəndinin sakini Elmir Məmmədov rayon icra hakimiyyətindən şikayətçidir.

Emtv.az xəbər verir ki,bu barədə yerli KİV-lərə açıqlama verən E.Məmmədov deyir ki, rayon icra hakimiyyəti ondan kənddə əkib becərdiyi yüzlərlə tut ağacını məhv etməyi tələb edir. Kənd sakinin sözlərinə görə, iki il əvvəl ailəsi ilə birlikdə doğma kəndinə - Cocuq Mərcanlıya qayıdıb: "Torpağımız işğaldan azad olunandan sonra dövlətimizin apardığı siyasətə uyğun olaraq, doğma kəndimizə qayıtdıq. Bura köçənə qədər Bakıda yaşayırdıq. Kəndə gələndə - iki il əvvəl atam həyətyanı sahəmizin qarşısında bir neçə tut ağacı əkmişdi. Sonradan bu ağaclar böyüdü. Zamanla biz də həmin boş qalmış əraziyə tut ağacları əkdik. Hazırda ərazidə 450-500 tut ağacı əkmişəm. Sonra da baramaçılıqla məşğul olmaq üçün bir miqdar qurd alıb ağaclara qoydum. Həmin boş torpaq sahəsinə ağaclar əkməyimizdən iki il sonra – mən o ağaclara qurd atandan sonra rayon icra hakimiyyətinin nümayəndəsi gəlib tələb edir ki, ağacların hamısını kəs. Mənə deyirlər ki, ərazini zəbt eləmisən. İki ildi bu torpaqlarımı abadlaşdırmaq, gözəlləşdirmək üçün yüzlərlə ağac əkmişik kəndə. İki ildi icra nümayəndəsi bəyəm görmürdü burda ağac əkilib? İki il sonra gəliblər ki, ağacları kəsin çıxarın kənddən”.

E.Məmmədov deyir ki, ondan bunu tələb edən Cəbrayıl rayon icra hakimiyyətinin Cocuq Mərcanlı kənd icra nümayəndəsi Atakişi Atakişiyevdir: "Tələb edir, 450-500 ağacı kəsib məhv edək. Başa sala bilmirəm ki, bu ağacları kəssəm, mən özüm cinayət törətmiş olaram”.

Kənd sakininin sözlərinə görə, məsələ ilə bağlı atası rayon icra hakimiyyətində də olub. Ordan da bildiriblər ki, ağacları kəsib məhv edib, ərazini boşaltmalıdılar.

Cocuq Mərcanlının kənd icra nümayəndəsi A.Atakişiyev məsələ ilə bağlı Bakupost.az-a bildirib ki, E.Məmmədov kənddə tut ağacları əkdiyi ərazini qanunsuz olaraq zəbt edib və çəpərləyib: "Biz ona bir neçə dəfə şifahi formada xəbərdarlıq etdik ki, çəpəri söksün. Məhəl qoymadı. Bundan sonra yazılı tələb göndərdik ki, zəbt elədiyi ərazinin çəpərlərini söksün”.

İcra nümayəndəsi bildirib ki, kənd sakinindən ağacları kəsməyi tələb etməyiblər: "Ondan heç kim ağacları kəsməyi tələb etməyib. Demişik ki, əkmisən, yaxşı eləmisən, Allah canını sağ eləsin. Ancaq bu çəpərləri sökmək lazımdı. Deyirlər, mal-heyvan gəlir yeyir deyə çəpərləyiblər. Amma nəzərə almaq lazımdı ki, bu kəndə xarici qonaqlarımız gəlir, bu formada səliqəsiz, yöndəmsiz iş görmək olmaz. Demişik ki, get torpağın sənədlərini düzəlt, sonra çəpərlə. Heç bir ərazini qanunsuz olaraq zəbt eləmək olmaz”.

A.Atakişiyev onu da bildirib ki, E.Məmmədovun bu addımı kənddə mənfi presedent yaradıb: "Həmin ərazini qanunsuz çəpərlədiyi üçün başqa kənd sakinləri də onu nümunə göstərib deyir ki, biz də filan yeri çəpərləyib ağac əkirik. Hüquqi dövlətdə belə pərakəndəliyə yol vermək olmaz axı. Buna görə də biz Elmir Məmmədovdan sadəcə tələb etmişik ki, zəbt elədiyi ərazidəki çəpərləri söksün”.


Sevinc Əlimova
Emtv.az




Məmur kəndlidən 500 ağacın məhv edilməsini tələb edir – Cocuq Mərcanlıdan şikayət
Məmur kəndlidən 500 ağacın məhv edilməsini tələb edir – Cocuq Mərcanlıdan şikayət
Məmur kəndlidən 500 ağacın məhv edilməsini tələb edir – Cocuq Mərcanlıdan şikayət
Məmur kəndlidən 500 ağacın məhv edilməsini tələb edir – Cocuq Mərcanlıdan şikayət
Məmur kəndlidən 500 ağacın məhv edilməsini tələb edir – Cocuq Mərcanlıdan şikayət
Məmur kəndlidən 500 ağacın məhv edilməsini tələb edir – Cocuq Mərcanlıdan şikayət
Məmur kəndlidən 500 ağacın məhv edilməsini tələb edir – Cocuq Mərcanlıdan şikayət
Məmur kəndlidən 500 ağacın məhv edilməsini tələb edir – Cocuq Mərcanlıdan şikayət
Məmur kəndlidən 500 ağacın məhv edilməsini tələb edir – Cocuq Mərcanlıdan şikayət

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR