SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Sürüşmə zonasında yerləşən Lənkəran-Lerik yolu yenidən qurulur

24-05-2019, 10:04 | Oxunub: 7 795 |

Sürüşmə zonasında yerləşən Lənkəran-Lerik yolu yenidən qurulur

Yay aylarında istirahət üçün üz tutduğumuz cənub bölgəsində əsas və aktiv sürüşmə ərazilərində olan Lənkəran-Lerik yolunda tikinti işləri davam etdirilir. Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, yolun tam istifadəyə verilməsi isə gələn ilin sonuna nəzərdə tutulub.

Uzun illərdir Lənkəran-Lerik yolunda sürüşmə və uçqunlar avtonəqliyyatın hərəkəti üçün təhlükə törədirdi. Torpaq qatının yuyulması səbəbindən irigövdəli ağacların aşması yolun saatlartla iflic olmasına gətirib çıxarırdı. Artıq bu halların qarşısını almaq məqsədilə uzunluğu 55 km olan yolda keçən ilin sentyabrından genişmiqyaslı işlər aparılır. Xüsusilə də yolda sürüşmə və uçqunların qarşısını almaq üçün istinad divarları tikilir. Hündürlüyü 4-5 metrə çatan istinad divarlarının təməlinin eni 1m 70 sm, hündürlüyü isə 50 smdir.

Bundan başqa, Lənkəran-Lerik yolunun bir neçə nöqtəsində sürüşmə əraziləri mövcud olduğu üçün burada yol yatağının əlavə bərkidilməsi işləri görülür. 3 yerdə isə sahilbərkitmə işləri aparılır. 9 ədəd körpünün 5-i tam təmir olunub. İstismara yaramayan suötürücü borular yenisi ilə əvəz edilir, zəruri olan yerlərdə yeniləri quraşdırılır. 53 yerdə suötürücü qurğular tikilir. Telekomnikasiya xətləri bərpa edilir, İşıq dirəkləri yenisi ilə əvəz olunub.Yolun yenidən qurulmasından, genişləndirilməsindən ən çox sevinənlər isə təbii ki sürücülərdir.

İki hərəkət zolağı olmaqla 3-cü texniki dərəcəyə uyğun olaraq yenidən qurulan yolun eni 12 metr nəzərdə tutulub ki, bunun da 7 metrini asfalt-beton örtüyü təşkil edəcək. Yol infarstrukturunin yüksək səviyyədə qurulması üçün 350 nəfər işçi qüvvəsi çalışır. Yeni yol Lerikin turizm əhəmiyyətini daha da artıracaq və bu sahənin daha da inkişaf etməsinə imkan yaradacaq. Keçən ilin sentyabrından təmir edilən yol 2020-ci ilin sonlarında əhalinin istifadəsinə veriləcək.


Mərhəmət Lələyev
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR