SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

Ankara ABŞ-ın “ultimatum”una münasibət bildirdi

23-05-2019, 16:58 | Oxunub: 4592 |

Ankara ABŞ-ın “ultimatum”una münasibət bildirdi

Vaşinqtonun Ankaraya ultimatum verməsi ilə bağlı yayılan informasiya həqiqəti əks etdirmir.

Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, bunu Türkiyə XİN rəhbərinin müavini Yavuz Selim Kıran Vaşinqton səfəri çərçivəsində verdiyi açıqlamada bildirib.

Diplomat bundan əvvəl KİV-də ABŞ-ın "Patriot" sistemlərinin tədarükü müqabilində Ankaradan S-400 zenit raket sistemlərindən imtinanı tələb etməsi ilə bağlı yayılan informasiyanın "rəsmi səviyyədə səslənmədiyini" dilə gətirib.

Kıranın sözlərinə görə, belə şayiələr mart ayında da yayılmışdı. Belə ki, Vaşinqton zenit-raket komplekslərinin tədarükü ilə bağlı əvvəlki təklifini yeniləmişdi.

"Rəsmi səviyyədə belə bir çağırış olmayıb. Mart ayında ABŞ "Patriot" zenit-raket komplekslərinin tədarükü üzrə təkliflərini yeniləyib. Biz hesab edirik ki, söhbət bu təklifdən gedir", - deyə Y.Kıran vurğulayıb.

Türkiyəli XİN rəsmisi Ankaranın ABŞ-ın CAATSA qanunu çərçivəsində Ankaraya qarşı sanksiyalar tətbiq etməsinə qarşı çıxır, belə ki, S-400 zenit-raket komplekslərinin tədarükü ilə bağlı müqavilə Moskva ilə hələ bu qanun qəbul olunmazdan əvvəl imzalanıb.


Seymur Rəhimov
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR