SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Qurbanovdan hesab sorula bilər... - İTTİHAM

23-05-2019, 16:00 | Oxunub: 10 918 |

Qurbanovdan hesab sorula bilər... - İTTİHAM

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovla bağlı ötənlərdə verdiyimiz informasiya gözlənildiyi kimi ciddi ajiotaja səbəb oldu. Əslində, hakimiyyətin kifayət qədər qaranlıq fiqurlarından hesab olunan, Elçibəy hakimiyyətinin kadrı kimi sonradan ulu öndər Heydər Əliyevin komandasında yer almağa müvəffəq olan, həmin dönəmdə isə ulu öndərə xəyanətisəbəbindən cəzalandırılan, ardından Ziya Məmmədovun çətiri altında yenidən etimada layiq görülən və daha da sonradan elə həmin Ziya Məmmədovun özünə xəyanəti ilə diqqətə gələn Cavid Qurbanov çox ciddi ambisiyaları ilə hər zaman diqqətləri cəlb edib.

Emtv.az xəbər verir ki,bununla bağlı yerli KİV-lərə danışan məlumatlı mənbə iddia edir ki, bu gün toxunulmaz kimi görünən Cavid Qurbanov köhnə sistemin unikal qalıqlarından biri kimi rəsmən büdcə qarətçisi kimi çıxış etməkdədir. Təbii ki, burada "Azərbaycan Dəmir Yolları" adından alınan qatarların şübhəli qiymətlərindən tutumuş,digər faktları da təkrarən xatırlamaq olar.

Məlumatlı mənbə iddia edir ki, təkcə son olaraq açılışında Preident İlham Əliyevin də iştirak Sabunçu Vağzalının yenidən qurulması fəaliyyəti təftiş olunarsa, külli miqdarda yeyintinin izinə düşülə bilər: "Burada söhbət çox böyük pullardan gedir. Yəqin ki, Cavid Qurbanovdan bir gün hesab sorulacaq".

Mənbə dia.az-a açıqlamasında əlavə olaraq bildirir ki, baş nazirlik sevdası puça çıxan Cavid Qurbanov özünə əməlli başlı komanda da formalaşdırmaqdadır: "Təsəvvür edin ki, hakimiyyətin ən üst pillələrində belə ibtidai tayfaçılıq prinsipləri ilə sərt mübarizə aparıldığı bir dönəmdə Cavid Qurbanov ətrafına az qala kəındçilərini cəlb etməklə hakimiyyət daxilində yeni güc mərkəzi kimi çıxış etməyə çalışır.

Bu barədə daha geniş materialımızı yaxınlarda təqdim edəcəyik. Bizi izləyin. Bütün iddialarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...


Seymur Rəhimov
Emtv.az



Qurbanovdan hesab sorula bilər... - İTTİHAM
Qurbanovdan hesab sorula bilər... - İTTİHAM

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR