SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

Batutçularımız Rusiyada qızıl medal qazandılar

23-05-2019, 14:00 | Oxunub: 3 968 |

Batutçularımız Rusiyada qızıl medal qazandılar

Ötən gün Rusiyanın Krasnodar şəhərində batut gimnastikası üzrə Rusiya çempionatının final yarışları baş tutub.

Emtv.az bildirir ki, Azərbaycan Gimnastika Federasiyasından yerli mətbuata verilən məlumata görə, Rusiyanın 35 regionundan ümumilikdə 600-dən çox idmançının iştirak etdiyi turnirdə Azərbaycan gimnastları da uğurla çıxış ediblər.

Belə ki, bu yarışlarda ölkəmizi təmsil edən böyük gimnastlarımız Ruslan Ağamirov və İlya Qrişunin sinxron proqramda ən yüksək nəticəni göstərərək, qızıl medal qazanıblar.

Yarışda çıxış edən xanım gimnastımız Selcan Mahsudova turniri 51.550 xalla 4-cü, digər təmsilçimiz Hüseyn Abbasov isə 8-ci yerdə başa vurublar.


Nəzrin Abbaszadə
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR