02 sen 18:43Oxunub: 955 |

İlham Əliyev üç rayonun icra başçısını dəyişdirdi-RƏSMİ

İlham Əliyev üç rayonun icra başçısını dəyişdirdi-RƏSMİ
Abşerona qadın icra başçısı təyin olundu.

Azərbaycan Prezidenti İlham Əliyev Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısının vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

"EMTV.az" xəbər verir ki, sərəncamda deyilir:

“Nəsib Məhəmməd oğlu Məhəməliyev Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilsin”.

Prezidentin digər sərəncamı ilə Səbayıl rayonunun hazırkı icra başçısı Asif Yunis oğlu Əsgərov Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

İlham Əliyevin digər bir sərəncamı ilə Sumqayıtın keçmiş icra başçısı Eldar Əzizov Səbayıl rayon İcra Hakimiyyətinin rəhbəri vəzifəsinə təyinat alıb.

Dövlət başçısının digər bir sərəncamı ilə İradə Gülməmmədova Abşeron rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Məşədi Faiq ƏHMƏDOV-BAŞ YAZAR

"Azərbaycanın Səsi" ictimai birliyi, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Bilgəh qəsəbə Mədəniyyət evi Silahlı Qüvvələr Gününə Ordunun yaranmasının 100 illiyinə həsr edilmiş tədbir keçirib
Oxunub: 1392
XƏBƏR LENTİ

Reklam
Məzənnə