SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

XANIM MÜAVİNİN BAXÇA MONOPOLİYASI: NƏLƏR BAŞ VERİR?

21-05-2019, 15:41 | Oxunub: 14 143 |

XANIM MÜAVİNİN BAXÇA MONOPOLİYASI: NƏLƏR BAŞ VERİR?

Hər bir millətin, hər bir ölkənin ən dəyərli sərvəti uşaqlardır. İstənilən cəmiyyətdə uşaqların mənəvi və fiziki sağlamlığının qorunması, hüquq və azadlıqlarının təmin edilməsi dövlətin inkişafı ilə bağlı olan strateji vəzifədir.

Uşaqların xoşbəxt böyüməsi cəmiyyətin mənəvi, siyasi və sosial-iqtisadi inkişafının vacib meyarı və göstəricisidir. Çox təəssüf ki, bəzi məmurlar bu strateji məqamada öz maraqları çərçivəsində yanaşırlar. Emtv.az xəbər verir ki,rayondan yerli KİV-lərə daxil olan məlumata görə, Qazaxın uşaq bağçaları böyüklərin yem mənbəyi kimi xidmət göstərir.

Mənbənin KİV-lərə bildirdiyinə görə Qazax rayon 3 saylı baxcada müəllimlərin məsuliyyətsizliyi üzündən uşaqlardan biri ağır xəsarət alıb və uşağın ağzını tikmək üçün dişini çıxarmaq məcburiyyətində qalıblar. 4 saylı baxçada işləyən müəllimlərin bəzilerinin isə heç bir təhsili yoxdur, 3 aylıq kurs bitirməklə muəllimə işləyirlər( mənbə misal olaraq Dilarə muəllimənin adını çəkir-red.) yerli KİV-lərə verilən məlumatda bildirilir ki, digər baxçaları da axtarsaq ixtisas sahibləri çox azdı, qeyri ixtisas sahibləri ştata oturublar, buna misal üçün “Çinar dibi” deyilən 5 saylı baxçada mamacalıq bitirən Aygün melliməni göstərmək olar ki, o hazırda qurup muəlliməsi kimi işləyir.

Sözügedən 5 saylı baxça ilə bağlı digər bir məlumatda bildirilir ki, bir neçə gün öncə burda Zülfiyyə və Gülbəniz adlı iki müəllimə arasında qalmaqal yaşanıb. Dava o dərəcəyə çatıb ki , Gülbəniz muəlliməni təcili yardımla evlərinə apariblar. Mənbənin yerli KİV-lərə dediklərinə görə, BDU-nun Qazax filialinda labarant işləyənlər, ordan ixtisara düşənlər hamısı hörmət sayəsində baxça mudurəleri işləyirlər. Bu sırada mənbəmiz, 1 saylı baxçanın müdirəsi İradə müəlliməni, 3 saylı baxçanın mudurəsi Elnarə müəlliməni misal göstərir.

Qazax baxçaları ilə bağlı yerli KİV-lərə daxil olan məlumatlarda daha bir ilginc məqam Qazax şəhər 2 saylı korpələr evi ilə bağlıdır. Mənbənin dedikləri: “Uşaq baxçasinda əvvəl müdir işləyən Səyalı xanımı başçı işdən çıxararkən müdirənin qohumu müavin Gulaye ona soz vermişdik nə vaxtsa sənin gəlinini müdür qoyduracam, elə də oldu. Sayalı xanımdan sonra bir başqası müdür oldu, onu da cıxardıb yerinə Sayalı xanımın gəlini Gulnarı getirdilər, bu müdir də gələnden işçilərə yuxarıdan aşagı baxır, anası yaşında olan aşbaz köməkçisinə padnosda yemeyi otağına gətirməyi tələb edir”.

Daha sonra conflict.az onu da qeyd edib ki,baxçaların taleyi Qazax rayon İcra Hakimiyyəti Başçısının xanım müavini Gülayə Həsənovanın kurasiyasındadır. İcra başçısına bağçalar haqqındakı yanlış məlumatları başçıya o çatdırır. İxtisası düz gəlməyən kardları baxçaya hərəsini bir bəhanə ilə işə götüzdürür. Elə olur ki, Gülayə Həsənovanın marağında olan kadr icra başçısını qəbuluna salınır. Öyrədildiyi kimi başçının yanında ağlayıb, sızlayır. Kadrın bu halına acıyan icra başçısı bu işə nəzarət edən Gülayə Həsənova ilə məsləhətləşir. Bu iş başadan razılaşdırıldığından Gülayə Həsənova da müsbət rəyini bildirir. Beləcə kmiliyindən, bacarığından və ixtisasından asılı olmayaraq kadrlar baxçaya işə düzəldilir.

Sevinc Əlimova
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR