SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

İsrail KİV: HƏMAS-la altı aylıq sülh əldə olunub

21-05-2019, 14:13 | Oxunub: 10 886 |

İsrail KİV: HƏMAS-la altı aylıq sülh əldə olunub

İsrailin 12-ci telekanalı Misirin vasitəçiliyi və BMT-nin xətti ilə İsrail və HƏMAS arasında altı ay müddətinə atəşkəs haqqında razılaşmanın əldə olunduğu xəbərini yayıb.

Emtv.az yerli mətbuata istinadən xəbər verir ki,məlumata görə, İsrail tərəfi Qəzza bölgəsində balıqçıların balıq tutmaq üçün icazə verilən zonanı 15 dəniz milinə qədər genişləndirməyə və elektrik təchizatı və bir sıra maliyyə problemləri ilə bağlı danışıqlara başlamağa hazır olduğunu bildirib.

Fələstinlilər isə bunun əvəzində atəşkəs elan etməyə və sərhədyanı çəpərlərdə zorakı insidentləri dayandırmağa, 300 metrlik bufer zonasının qorunub-saxlanılmasını təmin etməyə razılıq verib.

Ancaq bir müddətdən sonra Qəzzaya nəzarət edən HƏMAS İsraili KİV-də yayılan bu informasiyanı təkzib edib:

“HƏMAS hərəkatı altı ay müddətinə atəşkəslə bağlı sövdələşmənin olması barədə İsrail KİV-də yayılan xəbərin həqiqiliyini inkar edir”, - deyə HƏMAS nümayəndəsi Fauzi Barhuminin bəyanatında deyilir.

Barhumi bildirib ki, tərəflər sadəcə İsrailin bütün razılaşmaları yerinə yetirməsi müqabilində atəşkəsə razılaşıb. Hər hansı konkret tarixlərdən söz açılmır.


Nəzrin Abbaszadə
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR