SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Zərdablılar onun getməsini istəyir...

21-05-2019, 14:10 | Oxunub: 12 826 |

 Zərdablılar onun getməsini istəyir...

Emtv.az xəbər verir ki,Zərdab rayon sakinləri adından yerli KİV-lərə şikayət məktubu daxil olub. Narazı vətəndaşlar yazır:

"Bu gün hər bir vicdanlı zərdablının arzusu Lütvəli Babayevin icra başçısı vəzifəsindən çıxarılmasıdır.Bəlkə də Azərbaycanın heç bir rayonunda belə bir idarəetmə yoxdur.Uzun illərdi zərdablılar Lütvəli Babayevin nə vaxt işdən çıxarılacağını səbirsizliklə gözləyirlər. Lütvəli Babayev düz 12 ildir ki, Zərdabın icra başçısı vəzifəsindədir. On iki il əvvəlki vəziyyəti ilə indiki vəziyyəti müqayisə edən də rayonun hansı şəkildə bərbad vəziyyətə düşdüyünü aydın görmək olur.

Bütün idarə, müəssisə işçilərinin əmək haqqısından hər ay pul tutulub Lütvəli Babayevə verilir.Hər bir məktəbdən ayda 1000 manat pul yığılır.Hər bir müəllim maaşından direktora verir ki, Lütvəli Babayevə verilsin. “DOST” MMC-nin xətti ilə rayon sakinlərinin adı işə yazdırılıb maaş kartlarının çox hissəsini Lütvəli Babayev cibinə qoyub. Şəhərin mərkəzini zibilliklər basıb, kanalizasiya sistemi tam bərbad, mərkəzi küçə yolları istifadəyə yararsız halda, bazarda, küçələrdə antisanitariya hökm sürür.Ümumiyyətlə Lütvəli Babayev digər rayonların icra başçıları ilə müqayisə edilməz dərəcədə fərqli mənfi xarakterə malikdir.Abadlıq-quruculuq işlərinə görə Zərdab rayonu digər rayonlarla müqayisə olunası deyil.Camaat qan ağlayır...

Lütvəli Babayevin kənd yolu ilə gələn zaman özgəsinin hind quşlarını oğurlaması, yığıncaqda Qarabağa aid məlum savadsız sərsəm çıxışını (youtubda var), mərhum qadının qəbrinə baxıb şəkildən həzz almasını, aprel şəhidinin ailəsinə verilmiş 500 manat pulu onların əlindən almasını, vətəndaşların mülkiyyətini başqa imkanlı şəxslərə saxta sənədlərlə satmasını, qəbul zamanı vətəndaşlarla kobud rəftar edib onları ələ salmasını ölkə mətbuatında hamı oxuyub.

Diqqət edin, bu adam necə özünə arxayındır ki, yığıncaqların birində deyib ki, razılıq alınıb yaxın gönlərdə qonşu Ucar rayonuna icra başçısı vəzifəsinə təyin olunacam, ancaq buna baxmayaarq Zərdabı da mən idarə edəcəm.
Biz zərdablılar inanırıq ki, prezident cənab İlham Əliyev yaranmış bu xoşagəlməz vəziyyəti özü şəxsən araşdırıb insanlara zülm verən, talançılıqla məşğul olan Lütvəli Babayevin barəsidnə ciddi tədbirlər görəcək".


Qarşı tərəfi də dinləməyə hazırıq...


Sevinc Əlimova
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR