SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

“Naxçıvan” Universitetində Ərtoğrol Cavidin 100 illik yubileyi qeyd olunub

20-05-2019, 16:56 | Oxunub: 11 205 |

“Naxçıvan” Universitetində Ərtoğrol Cavidin 100 illik yubileyi qeyd olunub

Ərtoğrol Cavid qısa ömür sürsə də, çoxşaxəli və zəngin fəaliyyəti ilə tanınıb. O, musiqişünas, rəssam və tədqiqatçı kimi Azərbaycan mədəniyyətində zəngin irs yaradıb.

Emtv.az yerli mətbuata xəbər verir ki, bu barədə “Naxçıvan” Universitetində Azərbaycan dili və ədəbiyyat kafedrasının təşkilatçılığı ilə keçirilən “Görkəmli pedaqoq, musiqişünas və rəssam Ərtoğrol Cavid – 100” adlı elmi konfransda danışılıb.

Ali təhsil ocağının rektoru, professor İsmayıl Əliyev bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 18 aprel tarixli Sərəncamı ilə Ərtoğrol Cavidin 100 illik yubileyinin qeyd olunması ədəbi-mədəni irsimizə verilən yüksək qiymətdir.

Qeyd edilib ki, Ərtoğrol Cavid Azərbaycan Pedaqoji İnstitutunu bitirdikdən sonra musiqi təhsilini Azərbaycan Dövlət Konservatoriyasında Üzeyir Hacıbəyovun sinfində davam etdirib, eyni zamanda, konservatoriyanın nəzdindəki musiqi məktəbində dərs deyib, gənc tədqiqatçı kimi musiqi folkloru nümunələrinin toplanması və tədqiqində iştirak edib. Musiqi Elmi-Tədqiqat Kabinetində çalışdığı vaxtlarda Azərbaycanın ayrı-ayrı regionlarından toplanmış müxtəlif janrlı folklor nümunələri, eləcə də şifahi xalq ədəbiyyatına dair bəzi tədqiqat əsərləri barədə dəyərli elmi rəylər də yazıb.

Konfransda Azərbaycan dili və ədəbiyyat kafedrasının dosenti Aypara Behbudovanın “Ədəbi-bədii irsi zəngin və bənzərsiz şəxsiyyət”, Pedaqoji fakültənin dekanı, dosent Nurlana Əliyevanın “Ərtoğrol Cavid – yarımçıq qalmış ömrün notları” mövzularında çıxışları dinlənilib.

Sonda görkəmli pedaqoq, musiqişünas, rəssam Ərtoğrol Cavidin həyat və yaradıcılığı haqqında slayd nümayiş olunub.

Seymur Rəhimov
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR