19:03 - Kərbəla ziyarətinin dərdü- bəla tur şirkətləri...
21:07 - XIRDALAN ŞƏHƏR 10 SAYLI TAM ORTA MƏKTƏBDƏ “İLK ZƏNG”
19:12 - DÜŞMƏN QUCAĞINI ÖZLƏRİNƏ SIĞINACAQ EDƏNLƏR HƏR ZAMAN UDUZUBLAR VƏ BUNUN ALTERNATİVİ YOXDUR
17:14 - Müstəqil Lider Jurnalı
16:06 - “Bir halda ki, davam edir 37” – - Xəlil Rza
12:36 - “Azərbaycanın Səsi” İctimai Birliyi tərəfindən aksiya keçirilmişdir - FOTOLAR
01:24 - Naxçıvan Muxtar Respublikası Ali Məclisində qəbul
01:12 - Azərbaycanda sabiq icra başçısına cinayət işi açıldı
01:04 - Azərbaycan Ordusu şəhid verib
00:59 - Vilayət Eyvazov rəis müavinini işdən çıxardı
00:51 - Əsgərlərimiz fərari ermənini saxladı - FOTO
00:39 - Heydər Əliyev Fondu aztəminatlı ailələrə qurban payları çatdırır - FOTO
18:10 - Vilayət Eyvazovdan YENİ TƏYİNATLAR - FOTO
Azərbaycanlı cüdoçu ermənini məğlub etdi və qızıl medal qazandı
Mayın 18-19-da Rusiyanın Orenburq şəhərində cüdo üzrə “Avropa Kuboku – 2019” yarışmasının növbəti mərhələsi keçirilib. 24 ölkədən 306 (193 oğlan, 113 qız) cüdoçunun iştirak etdiyi yarışda Azərbaycan 12 idmançı ilə təmsil olunub.
Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, ölkəmizə yeganə medalı “Judo Club 2012”nin yetirməsi Murad Fətiyev (-81 kq) qazandırıb.
Mübarizəyə 1/16 finaldan başlayan cüdoçumuz ilk görüşdə erməniəsilli rusiyalı idmançı Kareqin Şahlamcyana, növbəti mərhələdə isə Avstriyanı təmsil edən Saif-İslam İslamxanova qalib gəlib.
1/4 finalda daha bir rusiyalı cüdoçunu – Pavel Berlini mübarizədən kənarlaşdıran Murad yarımfinalda portuqaliyalı Miqel Alveşi məğlub edərək finala yüksəlib. Finalda cüdoçumuzun rəqibi rusiyalı Turpal Tepkayev olub. Gərgin mübarizə şəraitində keçən qarşılaşmanı Murad ipponla yekunlaşdırıb və qızıl medala layiq görülüb.
Azərbaycan komandası əldə etdiyi bir qızıl medalla turnirdə kişilər arasında üçüncü, ümumi hesabda beşinci pillədə yer alıb. Birinci yeri Rusiya (10 qızıl, 8 gümüş, 14 bürünc medal), ikinci yeri Belarus (1 qızıl, 1 gümüş, 1 bürünc medal), üçüncü yeri isə Fransa (1 qızıl, 1 gümüş medal) komandası tutub.
Nəzrin Abbaszadə
Emtv.az