17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
Zelenskinin andiçməsinə gedəcək 5 prezident bəlli olub
Ukraynanın yeni prezidenti Vladimir Zelenskinin inauqurasiyasına gedəcək beş ölkə prezidentinin adı təsdiqlənib.
Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Ukrayna XİN-in mətbuat katibi Yekatrina Zelenko məlumat verib. Andiçmə mərasimində Latviya, Litva, Estoniya, Gürcüstan və Macarıstan prezidentləri iştirak edəcəklər.
Bundan başqa, Avropa Komissiyasının vitse-prezidenti Maroş Şefçoviç və NATO baş katibinin köməkçisi də səfərini təsdiqləyib.
XİN nümayəndəsinin sözlərinə görə, Rusiya tədbirə dəvət edilməyib: "Biz tərəfdaşımız və dostlarımız olan ölkələri dəvət etmişik".
Qeyd edək ki, Ali Rada Zelenskinin inauqurasiyasını mayın 20-nə təyin edib.
Seymur Rəhimov
Emtv.az