SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

“Azərbaycanın Səsi” İctimai Birliyinin sədri Faiq Əhmədovla daha bir görüş - FOTOLARI

17-05-2019, 17:52 | Oxunub: 25 502 |

"Esma Media TV" İnternet Kanalı "Vətən Saatı" və "Fədakarlıq Məktəbi" adlı iki yeni verilişin yayımına start verir

“Azərbaycanın Səsi” İctimai Birliyinin sədri Faiq Əhmədovla daha bir görüş - FOTOLARI

“Azərbaycanın Səsi” İctimai Birliyinin ofisində Birliyin sədri, yazıçı-publisist, xeyriyyəçi məşhədi Faiq Əhmədovla “Dövlət və Qanun” qəzetinin baş redaktoru Yasəmən Möhübbətqızı və yazıçı-publisist Azər Hacıbəyli arasında görüş keçirilmişdir.

Emtv.az xəbər verir ki, görüş zamanı “Azərbaycanın Səsi” İctimai Birliyinin sədri məşhədi Faiq Əhmədov "Dövlət və Qanun" qəzetinin vətənpərvərlik mövzusunda tez-tez kecirdiyi tədbirlərdən söz açmışdır.

Bu tədbirlərin təşkilini yüksək qiymətləndirən Faiq müəllim gənclərə və tələbələrə verilən önəmə, eləcə də göstərilən dəstəyə görə Yasəmən xanıma öz dərin təşəkkürünü bildirmişdir.

Həmçinin F.Əhmədov "Dövlət və Qanun" qəzetinin daha da inkişaf edərək, maliyyə asılılığından azad olmasının vacibliyini vurğulamışdır. İctimai Birlik sədrinin fikrincə belə qəzetlər gənclərin maarifləndirilmələri məqsədilə onlara təmannasız paylanmalıdır.

Söylədiyi fikirlərə görə Faiq Əhmədova minnətdarlığını bildirən “Dövlət və Qanun” qəzetinin baş redaktoru Yasəmən Möhübbətqızı qeyd etmişdir ki, hal-hazırda bu qəzetin dərci bütünlüklə baş redaktorun şəxsi vəsaitləri hesabına təmin olunur.

Bunun müqabilində də hər tirajın müəyyən sayda nüsxələri həqiqətən də gənclər və tələbələrə təmannasız olaraq paylanır.

Bu da təbii ki, gənc nəslin maarifləndirilməsi məqsədilə həyata keçirilir.

Daha sonra görüş əsnasında günümüzün bir sıra aktual mövzuları müzakirə olunmuşdur.

Öz növbəsində Yasəmən Möhübbətqızı “Azərbaycanın Səsi” İctimai Birliyi tərəfindən keçirilən xeyriyyə tədbirlərindən bəhz etmiş, bu kimi aksiyaların vacibliyini qeyd etmiş və belə tədbirlərin mütəmadi olaraq təşkilinə görə Faiq Əhmədova minnətdarlığını bildirmişdir.

Daha sonra yazıçı-publisist Azər Hacıbəyli ilə Faiq Əhmədov arasında vətənpərvərlik movzusunda fikir mübadiləsi aparılmış, bəzi konkret təkliflər muzakirə edilmişdir.

Sonda bu müzakirələrin məhsuldar nəticəsi olaraq qərara alınmışdır ki, "Azərbaycanın Səsi" İctimai Birliyinə məxsus olan "EsmaMedia TV" İnternet Kanalının studiyasında vətənpərvərlik mözlularında "Vətən saatı" və "Fədakarlıq məktəbi" adlı iki yeni verilişin çəkilişlərinə start verilsin.

Qeyd edək ki, hər iki verilişin çəkilişi və yayımı "Azərbaycanın Səsi" İctimai Birliyinin baş sponsorluğu ilə həyata keçiriləcək.

Faiq müəllim fürsətdən istifadə edərək Azər Hacıbəylini doğum günü münasibəti ilə səmimi qəlbdən təbrik etmişdir.

Sonda görüş iştirakçıları xatirə şəkilləri çəkdirmişlər

"Azərbaycanın Səsi" İctimai Birliyinin "İctimaiətlə Əlaqələr Şöbə"sinin müdiri
Nəzrin Abbaszadə.
Foto:Seymur Rəhimov

Emtv.az


“Azərbaycanın Səsi” İctimai Birliyinin sədri Faiq Əhmədovla daha bir görüş - FOTOLARI
“Azərbaycanın Səsi” İctimai Birliyinin sədri Faiq Əhmədovla daha bir görüş - FOTOLARI
“Azərbaycanın Səsi” İctimai Birliyinin sədri Faiq Əhmədovla daha bir görüş - FOTOLARI
“Azərbaycanın Səsi” İctimai Birliyinin sədri Faiq Əhmədovla daha bir görüş - FOTOLARI
“Azərbaycanın Səsi” İctimai Birliyinin sədri Faiq Əhmədovla daha bir görüş - FOTOLARI
“Azərbaycanın Səsi” İctimai Birliyinin sədri Faiq Əhmədovla daha bir görüş - FOTOLARI

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR