SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

Kasilyas futboldan getdi

17-05-2019, 14:58 | Oxunub: 5 045 |

Kasilyas futboldan getdi

İspaniyalı qapıçı İker Kasilyas 21 illik karyerasını bitirib.

Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, 37 yaşlı futbolçu həkimlərin tövsiyəsinə qulaq asaraq futbolu buraxmaq qərarı verib.

Xatırladaq ki, mayın 1-də İker Kasilyas məşq zamanı infarkt keçirib. Futbolçu “Twitter” səhifəsində vəziyyətinin sabitləşdiyini və özünü normal hiss etdiyini yazsa da, kardioloq peşəkar səviyyədə idmanla məşğul ola bilməyəcəyini demişdi. Ötən həftə isə onun kluba qayıdacağı bildirilirdi.

Qeyd edək ki, ispaniyalı qapıçı üç dəfə Çempionlar Liqasının, beş dəfə İspaniya çempionatının qalibi olub. O, millinin heyətində bir dəfə dünya, iki dəfə Avropa çempionu tituluna yiyələnib.

Seymur Rəhimov
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR