SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Metroda nə baş verir: şikayətlər çoxalır - AÇIQLAMA

16-05-2019, 13:41 | Oxunub: 9 542 |

Metroda nə baş verir: şikayətlər çoxalır - AÇIQLAMA

Emtv.az xəbər verir ki,son vaxtlar Bakı Metropoliteninin sərnişinləri qatarların arasındakı hərəkət intervalının çox olmasından, qatarların ləngiməsindən şikayətlənirlər. Sərnişinlər hərəkət intervalının 2,5-3 dəqiqə əvəzinə bəzən 7-8 dəqiqə olduğunu bildirirlər.

Bir neçə gün bundan əvvəl isə mətbuatda və sosial şəbəkələrdə yayılan informasiyalara görə metronun Elmlər Akademiyası stansiyasında işıqlar sönüb. Sərnişinlərlə dolu qatar “Həzi Aslanov” - “Dərnəgül” xətti ilə hərəkət edib. Qatardan düşən sərnişinlər stansiyanın perronunda gözləməli olublar. 5 dəqiqədən çox davam edən gözləmədən sonra elektrik enerjisinin verilişi bərpa olunub və qatar hərəkətini davam etdirib.

Maraqlıdır, Bakı metrosunda nə baş verir?

Məsələ ilə bağlı Bakı Metropoliteninin mətbuat katibi Bəxtiyar Məmmədov “Yeni Müsavat”a danışıb:

“Bəli, son günlərdə bu cür məsələlər müşahidə olunur. Sərnişinlərin sıxlığı, qatarların hərəkət intervalında ləngimələr olub. Məsələn, mayın 14-də interval 4 dəqiqəyə qədər çatıb. Amma daha sonra interval qrafikində heç bir pozuntu baş verməyib, hər şey qaydasında davam edib. Yəni bəzən bu cür hallar baş verir. Əsasən iş günləri ərzində təxminən 600 mindən artıq sərnişin daşınır. Amma bəzi günlər 800 mini aşır. Təbii ki, bunların hamısı intervala təsir edir. Məsələn, ötən gün daha çox sıxlıq metronun ”Koroğlu" və “28 May” stansiyasında müşahidə olunub. Şikayətlər əsasən qatarların ləngiməsi ilə bağlı olur. Qatar hərəkət edirsə, deməli, hansısa nasazlıqdan söhbət gedə bilməz. Əgər ləngiyibsə, deməli, ondan əvvəlki qatar gecikib. Ləngimənin də əsas səbəbi stansiyalarda vaxtından çox dayanması olur. Buna səbəb isə sərnişinlərin sıxlığı, qatara girib-düşməsində baş verən ləngimələr, sərnişinlərin qatarın qapılarını tutub saxlaması və sairə olur. Lakin hazırda sıxlıq normal vəziyyətə düşüb.

Ayın 11-də isə metropolitenə gələn elektrik itdiyindən “Nizami” - “20 Yanvar”stansiyalarında işıqlar sönmüşdü. Lakin bu, qatarların hərəkətinə təsir etməyib. Problem yalnız işıqlanmada olub. Yəni qatarların hərəkətində heç bir məhdudiyyət yaranmayıb, stansiyaların işıqlandırılması qısa müddətdə bərpa olunub. Dörd stansiyanın işıqlanmasında yaranmış texniki problem səbəbi ilə həmin sahədə qatarların hərəkətində 2 dəqiqəyə qədər ləngimə baş verib. Heç bir sərnişində özünü pis hiss etməsi halı yaşanmayıb.

Daha sonra teref.az onu da qeyd edib ki,Bakı Metropoliteninin elektrik enerjisi ilə təminatı bir mənbədən olmadığından, elektrik enerjisi şəbəkəsinin sığortalı fəaliyyətini təmin edən sistem mövcuddur. Bu səbəbdən elektrik enerjisinin verildiyi hər hansı xətt üzrə gərginliyin düşməsi və ya itməsinin Bakı Metropoliteninin elektrik enerjisi ilə təminatına əsaslı təsir göstərməsi mümkün deyil. Texniki problem yalnız qısamüddətli olur və dərhal aradan qaldırılır".

Sevinc Əlimova
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR