17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
Dişləri möhkəmlədən 7 ərzaq
Dişlərin kalsium və fosfor kimi elementlərə ehtiyacı var. Qida rasionuna tərkibində bu elementlərin zəngin olduğu ərzaqların əlavə edilməsi dişlərin korlanmasının qarşısını alır. Minerallar diş minası ilə problemi aradan qaldırır.
Emtv.az yerli mətbuata istinadən hansı ərzaqların qəbulunun dişlərə faydası barədə məlumat verir.
Dəniz məhsulları. Dəniz balığının tərkibindəki minerallar dişlərin möhkəmlənməsi baxımından çox zəngindir. Bu, həm fosfor, həm kalium, həm ftor, həm də omeqa-3 yağ turşuları deməkdir. Belə ki, fosfor boyun artmasında və beyin hüceyrələrinin formalaşmasında, ftor isə parodontoz və kariyesin müalicəsində əla profilaktikadır.
Süd məhsulları. Əlbəttə ki, tərkibində kalsiumun zənginliyinə görə birinci yeri süd məhsullarına vermək lazımdır. Bu ərzaq diş minasını möhkəmlətməkdən ötrü mühüm komponentdir. Süd məhsulları, həmçinin kariyesin inkişafının və dişəti problemlərinin qarşısını alır.
Meyvə və tərəvəz. Bərk meyvə və tərəvəzlər dişləri yaxşı möhkəmlədir. Alma, kələm, xiyar və bu sıradan olan digər məhsullar diş minasını ərpdən təmizləyir, diş daşının əmələ gəlməsinin qarşısını alır, qan dövranını yaxşılaşdırır və dişləri masaj edir.
Göyərti. Onların tərkibində dişlərin möhkəmlənməsi üçün zəruri olan hər şey var. Məsələn, yaşıl soğan və ispanaq dişəti qanamalarından xilas olmağa kömək edir. Göyərtinin hissəcikləri dişləri təmizləyir, bəziləri hətta onları ağarda da bilir.
Qoz-fındıq və günəbaxan tumları. Belə bir stereotip var ki, günəbaxan tumları və qoz-fındıq dişləri korlayır. Lakin düzgün yanaşmada əksinə, onlar dişi möhkəmləndirə bilir. Bu ərzaqların tərkibində yağ turşuları, kalsium, maqnezium, kalium və fosfor var. Məsələn, küncüt toxumları sayəsində dişin minası təmizlənir.
Bərk pendir. Bu ərzaq kariyesdən müdafiə edir. Pendirin hesabına minada özünəməxsus müdafiə əmələ gəlir ki, bu da zərərli bakteriyalar üçün bir səddir.
Yumurta. Bu ərzaq da kalsiumla zəngindir. Bundan başqa yumurtanın sarısında xeyli miqdarda D vitamini var ki, bu da orqanizmdə fosforun miqdarını tənzimləyir.
Nəzrin Abbaszadə
Emtv.az