SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

İlanlarla bağlı əhaliyə xəbərdarlıq

16-05-2019, 13:00 | Oxunub: 11 457 |

İlanlarla bağlı əhaliyə xəbərdarlıq

Azərbaycan Milli Elmlər Akademiyası Zoologiya İnstitutu isti havalarla əlaqədar olaraq ilanların aktivləşməsi səbəbindən əhalini diqqətli olmağa çağırıb.

Emtv.az xəbər verir ki,bu barədə yerli mətbuata İnstitutun aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru, zəhərli ilanların öyrənilməsi ilə məşğul olan Təvəkkül İsgəndərov məlumat verib.

O bildirib ki, ilanların, xüsusilə də levantin gürzələrinin fəal dövrü başlayıb. Buna görə də həmin ərazilərdə yaşayan, işləyən və ya gəzintidə olan insanlar bir az daha diqqətli olmalıdırlar:

“Çox vaxt sosial şəbəkələrdə Azərbaycanda dörd metr və daha iri ölçülü gürzə barədə şişirdilmiş görüntülər yayılır. Təbii ki, bu, həqiqətə uyğun deyil. Azərbaycanda rast gəlinən digər beş növ gürzələr xırda ölçülü dağ gürzələridir, çox məhdud ərazilərdə, həm də çox nadir rast gəlinən gürzələrdir.

Qalan 22 növ ilanlar isə müxtəlif növ təlxələr, suilanları, eyrenislərdir ki, insan həyatı üçün heç bir təhlükəsi olmayan zəhərsiz ilan növləridir. Bu ilanların bəziləri (Qızıl ilan, Kələz ilan) ilkin halda çox nadinc və aqressiv olsalar da, sancmalarının insan üçün heç bir təhlükəsi yoxdur. Əhalinin ilanlar barədə lazımi bilgiləri və məlumatları olmadığı üçün çox qorxurlar”.

“İlanlardan qorunmaq üçün, həyətyanı sahələrdə ilanlar üçün əlverişli şərait yaratmamaq üçün sıxlıq, kolluq əraziləri təmizləmək lazımdır”, - deyən T.İsgəndərov onların daha çox kolların dibində gizləndiyini diqqətə çatdırıb.

“Beləliklə, ilandan qorunmağın ən etibarlı yolu ərazidə ilan üçün münbit və əlverişli şəraiti ləğv etmək, gizlənmə yerləri qoymamaq, əşyaları, materialları yerdən 50-60 sm hüdürlükdə dayaq üzərinə yığmaq, ərazini səliqəli saxlamaq, otu, kol-kosu biçmək, siçan-siçovul və quş yuvalarını ləğv etməkdir.

İlanlardan qorunmağın ikinci yolu əraziyə ilan keçməsi ehtimal olunan yerləri, hasardakı məsamələri, ərazidə ilanın gizlənməsi mümkün ola biləcək yerləri xüsusi kəskin qoxulu maye, toz və ya briket (dənəvər) formada olan ilanqovucu preparatlarla işləməkdir.

Bu preparatlar zəhərli olmayan kəskin qoxulu kimyəvi maddələrdir. Ona görə qoxulu preparatlarla işləmə hər 7-10 gündən bir təkrarlanmalıdır. Bunları nəzərə alaraq, qeyd etməliyik ki, qoxulu preparatlardan istifadə etməklə ilanlardan 100 faizli qorunmanı təmin etmək qeyri-mümkündür”, - deyə o qeyd edib.

T.İsgəndərov ilanların fəal olduqları zamanlarda əhalidə, təsərrüfat və təşkilatlarda ilanlarla bağlı narahatlıqların olduğunu da bildirib:

“Onlar ilan problemi ilə qarşılaşırlar. Belə hallarda əhalinin xüsusi mütəxəssis köməyinə ehtiyacları olur. Ona görə də əhaliyə peşəkar (serpentoloji) xidmət göstərmək üçün mütəxəssislərdən, peşəkar serpentoloqlardan ibarət qurum yaradılmalıdır. Bu tədbirləri yalnız ilanlar haqqında serpentoloji bilikləri, xüsusi hazırlığı və ilanlarla iş üzrə təcrübəsi olan mütəxəssislər həyata keçirə bilər.

Təəssüf ki, əhalinin ilanlara qarşı təhlükəsizlik xidmətinə ehtiyacı olmasından sui-istifadə edərək bəzi fiziki və hüquqi şəxslər bu xidmətin spesifik xüsusiyyətlərini nəzərə almadan internet vasitəsilə elan verib əhaliyə bu sahədə xidmət təklif edirlər. Yenə də təəssüf ki, bəzi xüsusi sanitar-epidmioloji (Pest-kontrol) xidmət üçün lisenziya alan hüquqi şəxslər xidmət obyektləri siyahısına qırıcı (məhvedici) üsulla mübarizə apardıqları xəstəlik törədiciləri ilə (siçan-siçovul) yanaşı ilanları da əlavə edirlər.

Bununla da ilanlara qarşı mahiyyətini bilmədikləri “mübarizə” apararaq əhalini ilanlardan qorumaq görüntüsü yaradırlar. Bu yolverilməzdir və əlaqədar dövlət orqanları bu xidməti təşkil etməli və tənzimləməlidirlər”.



Seymur Rəhimova
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR