SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Cəriməni ödədib sahibkarı işsiz qoydular - Ekologiya Nazirliyinin karyer maxinasiyası

16-05-2019, 12:40 | Oxunub: 10 120 |

Cəriməni ödədib sahibkarı işsiz qoydular - Ekologiya Nazirliyinin karyer maxinasiyası

Mingəçevirdə cərimələnən karyerin sahibi Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən aldadıldığını iddia edib.

Emtv.az xəbər verir ki,bu barədə yerli mətbuata cərimələnən karyerin sahibi Qənifə Zeynalova məlumat verib.

Qənifə Zeynalova bildirib ki, cərimələri ödəmələri üçün qardaşı nazirlik tərəfindən məhkəməyə verilib. O, bu səbəbdən 4 ay həbs cəzasına məhkum edilib. Onlar cərimələri ödədikdən sonra isə qardaşını azad ediblər. Qənifə Zeynalovanın sözlərinə görə, ekologiya və təbii sərvətlər nazirinin müavini Novruz Quliyev və Mineral Xammal Elmi-Tədqiqat İnstitutunun direktoru Mürsəl Əliyev söz verib ki, cərimələr ödənildikdən sonra onlara işləmək üçün icazə veriləcək.

Sözü gedən karyeri Yusifov Üzeyir Mirzə oğlu Kür çayının sol sahilində açıb. O, rəhmətə gedəndən sonra karyer vərəsəlik hüququ ilə həyat yoldaşının adına keçib. O isə işləri idarə edə bilmədiyi üçün karyeri oğlunun adına keçirib.

Qənifə Zeynalova yoxlamaların başlamasından və cərimələrin məbləğindən də danışır:

“Ötən ilin iyun ayının 2-də – Göyçayda körpü uçqunundan sonra Mingəçevir şəhərindəki karyerlərin hamısında yoxlamalar başladı. Yoxlamalar nəticəsində karyerlərin hamısına böyük məbləğdə cərimələr yazıldı. O cümlədən 220 min manat cərimə də “Uğur-455” MMC-yə yazıldı.

“Uğur-455″ə yazılan cərimənin 75 min manatı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, 120 min manatı Mingəçevir bələdiyyəsinə, 20 min manata yaxın hissəsi isə Vergilər İdarəsinə ödənilməli idi. Cərimələrdən 13 min 800 manatı Vergilər İdarəsinə tam ödənilib, 75 min manat Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, 10 min manat da Mingəçevir bələdiyyəsinə ödənilib. Bu cərimələr ödənildikdən sonra qardaşım həbsdən çıxdı.

Qardaşım həbsdə olan zaman nazirin müavini Novruz Quliyev və Mineral Xammal Elmi-Tədqiqat İnstitutunun direktoru Mürsəl Əliyevlə görüşdük. Onlar bizə dedi ki, Mingəçevirdə karyer işləsə, onlardan biri sizinki olacaq”.

Qənifə Zeynalova qardaşını həbsdən çıxarmaq üçün evini satıb və sələmlə pul götürüb:

“Qardaşımı həbsdən çıxarmaq üçün evimizi satdıq, pul düzəlmədiyi üçün sələmlə pul götürdük. Anam xəstə, qardaşım xəstə, karyer də işləmir, biz nə edəcəyik? Biz deyirik ki, işimizi açın, gedək işləyək, biz də yaşayaq. Bundan əlavə, 120 min manat hələ borcumuz var. İşləməsək, onu kim ödəyəcək?

Prezident hər çıxışında sahibkarlara dəstək olun deyir. Ancaq məmurlar sahibkarların qanın içib, yarımcan qoyur.

İttihamda yazılıb ki, şirin suları çirkləndirmişik. 1948-ci ildə Mingəçevir salınıb və bütün ətraf rayonlar həmin karyerlərdən çıxan materialla tikilib. Necə oldu ki heç vaxt şirin sulara zərər vurulmadı, indi vuruldu? Yazıblar ki, yerin struktur qatını zədələmişik. Yerin struktur qatını zədələmək üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyindən 4 sənəd alınıb: dağ-mədən inkişaf planı, dağ-mədən ayırma aktı, ekoloji pasport, ekspertiza rəyi. Ekspert rəy verib ki, orada yataq var, qaza bilərsən. Bəs özün rəy verəndən sonra niyə deyirsən ki, yerin struktur qatını zədələmisən və buna görə bizi cərimə edirsən? Bu nə qədər düzgündür? Kimin sifarişidir bilmirik, birmanənalı şəkildə tələb etdilər ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin pulu ödənməlidir. Bu işlərə baxan Mineral Xammal Elmi-Tədqiqat İnstitutunun direktoru Mürsəl Əliyevdir”.

Atasının gördüyü işlər barədə isə Qənifə Zeynalova bunları deyib:

“Ekologiya və Təbii Sərvətlər Nazirliyinin binasının tikintisinə atam 400 maşın pulsuz qum verib. 25 min dollar Mingəçevir məscidinin tikintisinə pul verib. Şəhərdə nə qədər bələdiyyə və icra hakimiyyətinin işləri olubsa, hamısına materialı pulsuz verib. Dövlət üçün bu qədər iş görmüş bir adamın karyerini bağlamaq nə deməkdir?”.

Mürsəl Əliyev şikayətçilərə Mingəçevirdəki karyerlərin hamısının bağlandığını desə də, məlum olur ki, hazırda karyerlərdən işləyənləri var:

“Əgər karyerlər hamısı bağlanmırsa, niyə bizimki bağlanır, o biri işləyir? Əvvəl qum maşınının biri 35 manat idisə, hazırda 70 manat olub. Demək ki, onlar kimlərinsə daha çox qazanması üçün bizə mane olurlar.

Mürsəl Əliyev dəfələrlə şəxsən mənim özümə deyib ki, cərimələri ödəyin, karyerinizin işləməsinə icazə veriləcək. Əgər karyer işləməyəcəkdisə, evimi niyə satıb, üstəgəl də sələmlə pul götürdüm? Elə oradakı avadanlığı satıb ödəyərdim də. Mürsəl Əliyev deyir ki, digər karyerlər işləmir. Ona dedim ki, sübut eləsəm necə? Cavab vermədi. Ona görə də bu haqsızlığa cavab olaraq Mürsəl Əliyevə yox, bütün ölkəyə sübut edəcəm ki, karyerlər işləyir”.

Sonda Qənifə Zeynalova haqsızlığın aradan qaldırılması və sahibkarları incidən məmurların cəzalandırılması üçün ölkə rəhbərliyinə müraciət edib.

Qənifə Zeynalovanın ödədiyi cərimələrin qəbzlərini təqdim edirik.

Digər karyerlərin işləməsini sübut edən video görüntünü də gələn yazıda sizə təqdim edəcəyik.


Sevinc Əlimova
Emtv.az



Cəriməni ödədib sahibkarı işsiz qoydular - Ekologiya Nazirliyinin karyer maxinasiyası
Cəriməni ödədib sahibkarı işsiz qoydular - Ekologiya Nazirliyinin karyer maxinasiyası
Cəriməni ödədib sahibkarı işsiz qoydular - Ekologiya Nazirliyinin karyer maxinasiyası
Cəriməni ödədib sahibkarı işsiz qoydular - Ekologiya Nazirliyinin karyer maxinasiyası
Cəriməni ödədib sahibkarı işsiz qoydular - Ekologiya Nazirliyinin karyer maxinasiyası
Cəriməni ödədib sahibkarı işsiz qoydular - Ekologiya Nazirliyinin karyer maxinasiyası
Cəriməni ödədib sahibkarı işsiz qoydular - Ekologiya Nazirliyinin karyer maxinasiyası
Cəriməni ödədib sahibkarı işsiz qoydular - Ekologiya Nazirliyinin karyer maxinasiyası
Cəriməni ödədib sahibkarı işsiz qoydular - Ekologiya Nazirliyinin karyer maxinasiyası
Cəriməni ödədib sahibkarı işsiz qoydular - Ekologiya Nazirliyinin karyer maxinasiyası

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR