SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Sahil Babayevlə Vüsal Nəsirlinin adı 10 milyonluq maxinasiyada - “Aqro Kon” və “Biss Ko” MMC yeyintisi…

16-05-2019, 12:08 | Oxunub: 11 066 |

Sahil Babayevlə Vüsal Nəsirlinin adı 10 milyonluq maxinasiyada - “Aqro Kon” və “Biss Ko” MMC yeyintisi…

Özünüməşğulluq proqramı 2018-ci ildə “İşsizlik Sığortası Haqqında” Qanuna əsasən ölkədə işləyən əhalinin əmək haqqından yığılan 1%-i yəni 89 000 000 (səksən doqquz milyon) vəsaitin 35 700 000 (otuz beş milyon yeddi yüz min) manatı 7000 (yeddi min) ailə üçün nəzərdə tutulub.

Emtv.az xəbər verir ki,yerli KİV-lərə verilən xəbərdə iddia olunur ki, nazir Sahil Babayevin göstərişi əsasında müavini Vüsal Nəsirlinin yaxın qohumu Fariz adlı şəxsin iştirakı ilə böyük maxinasiyaya yol verilib. Belə ki, Fariz adlı şəxsə qeyri-rəsmi məxsus olan, 2018-ci ilin avqust ayında “Aqro Kon” və “Biss Ko” MMC-ləri yaradılaraq Dövlət Məşğulluq Xidməti ilə aralarında əsassız və qanunlara zidd olan satınalma müqaviləsi bağlayaraq yuxarıda göstərilən pul vəsaitini həmin MMC-lərə köçürülüb.

“Dövlət Satınalmaları haqqında” Azərbaycan Respublikası Qanunun 17-ci maddəsi tələblərinə zidd olaraq 2018-ci ildə proqram iştirakçılarının aktivlərlə təmin olunması üçün nəzərdə tutulmuş vəsait hesabına malların satın alması açıq tender üsulu ilə keçirilməli olduğu halda ayrı-ayrı müqavilələrə bölünərək 35700000 (otuz beş milyon yeddi yüz min) manat xərc əsassız olaraq aparılıb.

Bu proses açıq tender üsulu ilə aparılmalı idi. Ona görə də dövlətə ayrılan vəsaitdən 18% əlavə dəyər vergisi dövlət büdcəsinə qaytarılmalı idi. Yəni 35700000 X 18%:100 = 6426000 manat vəsait dövlət büdcəsinə qaytarılmalı idi.

Və eyni zamanda 2018-ci ildə Prezidentin Ehtiyat Fondundan şəhid ailələri və Qarabağ əlilləri üçün evlərin alınması məqsədilə nazirliyə ayrılmış 20000000 (iyirmi milyon) manat vəsaitdə açıq tender üsulu ilə keçirilmədiyinə görə 20000000 X 18%:100 = 3600000 manat da büdcəyə qaytarılmayıb.

Bir sözlə Sahil Babayev 2018-ci ildə Dövlət Büdcəsinə 10026000 ( on milyon iyirmi altı min) manat ziyan vurub.

Bu korrupsiya halına göz yuman Maliyyə Naziri, Vergilər Naziri və respublikada satınalmaları həyata keçirən İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəisi Zahid İsayev nə işlə məşğul olurlar?

Vergilər naziri Mikayıl Cabbarov belə korrupsiya hallarına göz yumaraq respublikada aztəminatlı ailələr hesab olunan dərzilər və bərbərlərdən ayda 5-10 manat vergi yığmaqla məşğul olur.

Göstərilən vəsait dövlətdən gizlədilsə də 7 (yeddi) min nəfərə deyil, 5 (beş) min nəfərə aktivlər verilib. Özü də necə verilən aktivlərə baxılsa, görürsən ki, ayrılan pulların 60%-i mənimsənilib.

Belə ki, aktiv almış vətəndaşlara verilən müqavilələrdə və aktlarda aktivlərin qiymətləri göstərilməmişdir. Vətəndaşlara verilən iri və xırda buynuzlu mal-qaralar əsasən çıxdaş heyvanlar olsa da, qiymətləri daha yüksəkdir. Dövlət Məşğulluq Xidmətində Sektor müdiri vəzifəsində işləyən, əslində Xidməti idarə edən, 2011-2014-cü illərdə Sumqayıt Şəhər Məşğulluq İdarəsini korrupsiya yuvasına çevirən Cavadov Mövlud Əli oğlu rayon Məşğulluq idarələrinə göndərdiyi aktivlərin balansa daxil edilməsi barədə aktı Sizlərə təqdim edirik.

Akt formasında göstərilən yanıbalalı inəklərin əvəzinə boğaz inək, yanıbalalı qoyun əvəzinə subay qoyun və qoç əvəzinə altı aylıq quzular verilmişdir.

Aktivlər iki il müddətinə verildiyinə görə həmin erkək quzular ancaq bu müddətə törədici qoç ola bilərlər. Verilmiş subay qoyunlar bu müddətdə 4 dəfə bala verməlidirlər?

Görəsən onda nazir Sahil Babayev bilirmi ki, törədici qoçun vəzifəsini nə yerinə yetirəcəkdir? Vətəndaşların imkanları zəif olduğu üçün onlara verilmiş yararsız və çıxdaş olunmuş mal-qaranı saxlaya bilmirlər və nəticədə heyvanlar ölür və ya dəyər-dəyməzinə satılır.

Daha sonra dia.az onu da qeyd edib ki,əgər rayon Məşğulluq idarələrinin rəisləri və işçiləri tərəfindən aktivlərin göstərilən qiymətləri vətəndaşlara bildirilsə, onları dərhal işdən azad olunmaları gözləyir.


Seymur Rəhimov
Emtv.az


Sahil Babayevlə Vüsal Nəsirlinin adı 10 milyonluq maxinasiyada - “Aqro Kon” və “Biss Ko” MMC yeyintisi…

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR