SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Rəsmi Tehran ABŞ-la müharibə ehtimalını istisna edir

15-05-2019, 14:34 | Oxunub: 8 511 |

Rəsmi Tehran ABŞ-la müharibə ehtimalını istisna edir

İranın Ali dini lideri Ayətullah Seyid Əli Xamenei ABŞ-la İran arasında gərginliyin yaranmasına baxmayaraq, hər hansı müharibə ehtimalinı istisna edir.

Emtv.az xəbər verir ki, Tehran bürosunun məlumatına görə, Xamenei rəsmi Vaşinqtonla hər hansı danışıqların mümkünlüyünü də istisna edib və bildirib ki, "ABŞ-la müzakirə zəhərdir", Vaşinqton İran xalqına qarşı düşmən mövqeyində olduğu müddətdə belə danışıqların olması mümkün deyil.

“ABŞ-ın bu gün istədiyi İranın müdafiə gücünü və ya regional strateji maraqlarını azaltmaqdır”, - deyə ölkənin idarəedici, qanunverisi və məhkəmə sistemlərinin rəhbərləri, eləcə də digər yüksək rütbəli məmurlarla görüşən Xamenei bildirib.

Dini liderin sözlərinə görə, ABŞ-la İran arasında istənilən qarşıdurma iradələr qarşıdurması olacaq və heç bir müharibə olmayacaq: "İran xalqı üçün yeganə yol ABŞ-a müqavimət ola bilər və bu müqavimət qarşısında ABŞ geri çəkilməli olacaq. Həm biz, həm də onlar bilir ki, müharibə onların maraqlarında deyil".

Nəzrin Abbaszadə
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR