SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

Ötən ay 647 müraciətə baxılıb

15-05-2019, 13:48 | Oxunub: 2 827 |

Ötən ay 647 müraciətə baxılıb

Naxçıvan Muxtar Respublikasında miqrasiya proseslərinə dövlət nəzarətinin gücləndirilməsi, qanunsuz miqrasiyanın qarşısının alınması məqsədilə Dövlət Miqrasiya Xidməti tərəfindən həyata keçirilən tədbirlər aprel ayında da davam etdirilib.

Emtv.az xəbər verir ki,Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin mətbuat xidmətindən yerli mətbuata verilən məlumata görə, muxtar respublika ərazisində qanunsuz yaşayan və qeydiyyatsız olan 18 əcnəbi aşkarlanaraq Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq barələrində müvafiq tədbirlər görülüb.

Ötən ay Dövlət Miqrasiya Xidmətinə daxil olan 647 müraciətin 127-si əcnəbilərə Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazələrin verilməsi və yenidən rəsmiləşdirilməsi, əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazələrinin verilməsi, Azərbaycan Respublikasının vətəndaşlığına bərpa, eləcə də Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin müəyyənləşdirilməsi ilə bağlı olub.

Müraciətlərin hər biri ayrı-ayrılıqda Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə əsasən araşdırılmış, müvafiq qərarlar qəbul edilib. Ötən dövrdə olduğu yer üzrə qeydiyyatla bağlı 520 müraciət qeydə alınaraq icrası təmin olunub, həmin müraciətlərdən 246-sı elektron xidmətlər portalı və elektron poçt üzərindən qəbul edilib, fəaliyyət istiqamətlərinə uyğun olaraq maarifləndirmə tədbirləri aparılıb.

Seymur Rəhimov
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR