17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
Binədə dəhşət: sakinlər kanalizasiya suları axıdılan kanaldan su içirlər
Xəzər rayonu Binə qəsəbəsi, "Bakovtomat" yolu adlanan ərazidə yaşayan 2000-dən çox sakin içməli su verilmədiyi üçün şikayət edirlər.
Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, sakinlər bildirir ki, evlərinə 200 metr məsafədə su xətti olmasına baxmayaraq, ərazidə yaşayan sakinlərə su verilmir. Məsul qurumlar isə səbəb kimi, həmin ərazidə dəmiryolu xəttinin olmasını göstərirlər.
Əlacsız qalan sakinlər çirkabla dolu olan, vaxtaşırı kanalizasiya xətlərinin də axıdıldığı Samur-Abşeron kanalından içməli su mənbəyi kimi istifadə edirlər.
Ərazidə yaşayanlar problemlə bağlı dəfələrlə həm Xəzər rayon icra nümayəndəliyinə, həm də "Azərsu" ASC-yə müraciət etsələr də, heç bir nəticə əldə olunmayıb.
Aynurə Kərimova
Emtv.az