SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

Meksikada barda atışma: ölən və yaralananlar var

15-05-2019, 09:42 | Oxunub: 3690 |

Meksikada barda atışma: ölən və yaralananlar var

Meksikanın Playa-del-Karmen kurort şəhərində (Kintana-Roo ştatı) silahlı şəxslər bara hücum edib.

Emtv.az xəbər verir ki,yerli mətbuat-ın ştatın prokurorluğuna istinadən verdiyi məlumata görə, iki silahlının barda olan insanlara atəş açması nəticəsində bir nəfər həlak olub, 11 nəfər isə yaralanıb.

Bildirilir ki, silahlı hücum gecə saatlarında, barda insanların çox olduğu zamanda baş verib.

Hadisə yerinə dərhal polis əməkdaşları, ordu bölmələri və dəniz piayadaları cəlb edilib.

Yaralılara tibbi yardım göstərilib, hadisə yerində ekspertlər işləyirlər.

Nəzrin Abbaszadə
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR