SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

Tələbələrin qanlı davası üzrə məhkəmə işi yekunlaşdı

13-05-2019, 17:40 | Oxunub: 4 235 |

Tələbələrin qanlı davası üzrə məhkəmə işi yekunlaşdı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Rauf Murğuzovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, R.Murğuzov 10 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, ötən il dekabrın 23-də Nərimanov rayonu ərazisində Ağstafa rayon sakini Rauf Murğuzov münaqişə zəminində həmyerlisi Elman Xəlilovu bıçaqla qətlə yetirib.

Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində R.Murğuzov saxlanılıb.

Xatırladaq ki, hadisəni törədən R.Murğuzov Dövlət İdman Akademiyasının, E.Xəlilov isə Texniki Universitetin tələbəsi olub.

Nəzrin Abbaszadə
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR