SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

“Ölənə kimi fəxr etmirdim, indi fəxr edirəm” - Aydın Xırdalanlının anası

13-05-2019, 17:13 | Oxunub: 16 059 |

“Ölənə kimi fəxr etmirdim, indi fəxr edirəm” - Aydın Xırdalanlının anası

İlk dəfə ana sözünü Aydından eşitmişəm.

Emtv.az xəbər verir ki,proqramların birində mərhum meyxanaçı Aydın Xırdalanlının həyatından danışılıb.

Aydın Xırdalanlının sənət dostları, qohumları və ailə üzvləri onunla bağlı xatirələrindən danışıb:

Bikəxanım Quliyeva - Anası: "Aydın mənim ilk övladımdır, ilk dəfə ana sözünü ondan eşitmişəm. O, mənim arzullarımı, xəyallarımı həyata keçirən oğul idi. Onu hər zaman bir şair və musiqiçi kimi görmək istəyirdim, çünki mən özüm də o həvəslə yaşamışam. O vaxt müəlliməsi deyirdi ki, dərsə mane olur, sinifdə meyxana deyir. Musiqi məktəbinə qoydum, 5 il qarmon təhsili aldı. Ədəbiyyatla məşğul idi uşaqlıqdan, pəncərə kənarları, kravat altları ancaq kitabla dolu idi. 4 övladım var, 3 oğlan biri qızıdır. O qədər mehriban idi ki, hətta qızımdan belə yaxın idi, ürəyindəki sözünü deyirdi. 2006-cı ildə evləndi, 29 yaşında. Övladı olmadı. Dedim ki, övlad sahibi ol. Qardaşı da dedi ki, övladımın birini verim sənə. Dedi ki, uzaqdan baxıram, elə onlar mənə övlad kimidir. Ən çox bacısının qızını istəyirdi. İlk məhəbbəti isə alınmadı. Hamıya ilk məhəbbət qismət olmur. Səhər dedi nəfəsim çatmır. Ayaqla gedə bilmədiyini dedi və təcili yardım çağırdıq. Reanimasiyaya apardılar, amma dedi ki, uzanmıram burda öz ayağı ilə evə gəldi. Elə bil əzrayıl onu evdə gözləyirmiş. Qaraciyər, böyrək və dalaqları şişmişdi. Telefonla həkim dedi, iynə filan vurdurduq ki, 2 gün sonra apararıq yenə həkimə. Bacısına dedi ki, telefonu gətir, Şah İsmayıl Xətayinin həyatını qoy dedi. Sən demə, Şah İsmayıl Xətai də hansısa ayın 23-ü ölüb. 5 dəqiqə ona baxmışdı, bir də gördüm çağırır, qaçdıq. Gördüm ki, Aydın yoxdur, getdi. Ağzına, burnuna nəfəs verdim gördüm yoxdur. Təcili yardım çağırdıq, gec idi. Dünyasını dəyişənə qədər onunla fəxr etmirdim. İndi onunla fəxr edirəm".

Bibixanım Həsənova - xalası: "Uşaqlıqdan hazırcavab idi. Uşaqların arasında həmişə seçilirdi. Hörmət qazanan biri olub".

Ziya Quliyev - qardaşı: "Uşaqlıqdan mənə ərəb dili öyrədirdi, məscidə aparırdı. Məktəbdə problemlərimizlə maraqlanırdı. Mən məktəbə gedəndə, o, artıq məktəbi bitirirdi. Aramızda qorxu da var idi, hörmət də. O, nəsə yazanda birinci mənim üçün oxuyurdu və fikrimi soruşurdu. Narkoloji disponserə gedib-gəlirdi. Ora yanan vaxt hamı elə bildi ki, Aydın da orada idi. O hadisədən 1 həftə əvvəl Aydın oradan çıxıb evə gəlmişdi, çünki müalicəsini alıb bitirmişdi. O, meyxana deyəndə də elə hiss olunurdu ki, Aydın əsəbi adamdır. Kimsə düz nəsə etməyəndə əsəbləşirdi. 2011-ci ildən 2013-cü ilə kimi heç nə etmədi, tərgitmişdi. Zığdan gələndə yüksək sürətlə avtomobil idarə edib və işıq dirəyinə dəyərək avtomobili aşırtmışdı. Amma nəsə olmadı, burnu belə qanamadı".


Nəzrin Abbaszadə

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR