SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

İki paracüdoçumuz Bakıda keçirilən turnirdən uzaqlaşdırıldı

13-05-2019, 12:16 | Oxunub: 8 099 |

İki paracüdoçumuz Bakıda keçirilən turnirdən uzaqlaşdırıldı

Bu gün Bakıda paracüdo üzrə Qran-Pri start götürəcək.

Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, 36 ölkədən 231 görmə qabiliyyəti olmayan və ya məhdud olan idmançı Azərbaycana gəlsə də, onlardan bəziləri tibbi təsnifatdan keçə bilməyib.

Zərifə Əliyeva adına Göz Klinikasında baş tutmuş tibbi təsnifatdan Azərbaycanın kişi millisinin iki üzvü də keçə bilməyib. Bunlar Murad Əliyev (-60 kq) və ötən il cüdo üzrə yeniyetmələrin Avropa Kubokunun qalibi Zaməddin Poladovdur (-73 kq). Hər iki idmançının görmə qabiliyyətində problem olmadığı və onların göz xəstəliyinin olmaması üzə çıxıb. Bu səbəbdən bu idmançılar yarışa buraxılmayacaq.

Beləliklə, 2020-ci il Tokio Paralimpiya Oyunlarına lisenziya xalı verən bu yarışda paracüdo millimiz 11 kişi və 10 qadın idmançı ilə təmsil olunacaq. Artıq dünən püşkatma mərasimi baş tutub.

İdmançılarımızın Qran-Pridə ilk döyüşünü əks etdirən püşkün nəticəsi ilə tanış olun:

Kişilər

-60 kq

Vüqar Şirinli – Brian Xerardo Aburto Beltran (Meksika)

-66 kq

Namiq Abbaslı – Miqel Vieyra (Portuqaliya)

Bayram Mustafayev – Kona Anders (Böyük Britaniya)/Kadir Yıldırım (Türkiyə)

-73 kq

Ramil Qasımov – Takamasa Naqai (Yaponiya)

-81 kq

Murad Həziyev – Arley Damian Pereyra Aruda (Braziliya)

Hüseyn Rəhimli – Adnan Qutiç (ABŞ)/Jak Juber (CAR)

-90 kq

Ramin Əliyev – Vladimir Fedin (Rusiya)

Rövşən Səfərov – Oleq Kretul (Moldova)/Mark Milano (Almaniya)

-100 kq

Kənan Abdullaxanlı – Şərif Xəlilov (Özbəkistan)

Kamil Ağayev – Yan Qoarnison (Fransa)

+100 kq

İlham Zəkiyev – Kento Masaki (Yaponiya)/Heydər Heydərov (Rusiya)

Qadınlar

-48 kq

Gülnar Gereyeva – Ecem Taşın (Türkiyə)

Şahanə Hacıyeva – Lobar Xürrəmova (Özbəkistan)/Aygül Fayzullina (Rusiya)

-52 kq

Səbinə Abdullayeva – Şerin Abdellaui (Əlcəzair)

Bəsti Səfərova – Dure Rosio Ledesma (Argentina)

-57 kq

Afaq Sultanova – Nataliya Ovçinnikova (Rusiya)

Sevda Vəliyeva – Marisa Arndt (ABŞ)

-63 kq

Xanım Hüseynova – Nafisə Şərifboyeva (Özbəkistan)

-70 kq

Zülfiyyə Hüseynova – Olqa Zabrodskaya (Rusiya)

+70 kq

Xatirə İsmiyeva – Məsmə Taşbağ (Türkiyə)

Dürsədəf Kərimova – Preşilia Leze (Fransa)


Seymur Rəhimov
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR