SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Heydər Əliyevə həsr olunmuş film təqdim olundu

10-05-2019, 16:41 | Oxunub: 12 071 |

Heydər Əliyevə həsr olunmuş film təqdim olundu

Bu gün Gənclər və İdman Nazirliyi və Azərbaycan Gənclər Fondunun birgə təşkilatçılığı ilə Bakı Gənclər Mərkəzində Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş “Heydər Əliyev - Azərbaycan gənclərinin ilham mənbəyi” adlı tədbir keçirilib.

Emtv.az xəbər verir ki, tədbirdə Prezident Administrasiyası Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri, Birinci vitse-prezidentin köməkçisi Yusuf Məmmədəliyev, Gənclər və idman nazirinin müavini Intiqam Babayev, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Təhsil nazirinin müavini Firudin Qurbanov, millət vəkili Şahin Ismayılov, YAP Gənclər Birliyinin sədri Seymur Orucov və “Space” Müstəqil Teleradio Şirkətinin prezidenti, kinorejissor Vaqif Mustafayev və 300-dən artıq gənc və gənclər təşkilatlarının nümayəndələri iştirak edib.

Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra yüzlərlə gəncin iştirakı ilə keçirilmiş Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş fləşmobun qısa videoçarxı nümayiş olunub.

Tədbiri giriş sözü ilə açan Prezident Administrasiyası Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri, Birinci vitse-prezidentin köməkçisi Yusuf Məmmədəliyev bildirib ki, Ulu öndər Heydər Əliyev millətin taleyi üçün böyük əhəmiyyət kəsb edən bütün fəaliyyət sahələrini, xüsusilə gənclər siyasətini həmişə diqqətdə saxlayıb. Onun ölkəyə rəhbərliyinin hər iki dövründə bütün sahələr dövlət səviyyəsində layiqli dəyərini alıb.

Tədbirdə çıxış edən Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov Azərbaycanın inkişafı və bütün dünyada tanınmasında Heydər Əliyevin misilsiz xidmətlərindən, eləcə də, onun gənclərə göstərdiyi xüsusi diqqət və qayğıdan danışıb.

Çıxış edən xalq artisti Vaqif Mustafayev Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb. Sonda V.Mustafayevin ümummilli liderə həsr olunmuş “Əsl məhəbbət haqqında” sənədli filmi nümayiş olunub.


Nəzrin Abbaszadə
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR